19 yaşlı əsgərin ölümünün səbəbi bəlli deyil

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 19 yaşlı Eldəniz Əliyevin ölüm səbəbi barədə dəqiq məlumat yoxdur

Source: Meydan TV

Eldəniz Əliyevin cənazəsi ailəsinə təhvil verilib

Ağcabədidə N saylı hərbi hissədə xidmət edən əsgər Eldəniz Fikrət oğlu Əliyev naməlum şəkildə həlak olub. Onun cənazəsi böyüdüyü Cəlilabad rayonunun Burovar kəndinə gətirilib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 19 yaşlı Eldəniz Əliyevin ölüm səbəbi barədə dəqiq məlumat yoxdur:

"Ancaq meyitini kəndə gətiriblər. Özü də o, oktyabrda təxris olacaqdı. İki ayı qalmışdı. Cəlilabad Tibb Kollecinin tələbəsi idi. Təhsilini yarıda qoyub əsgərliyə getmişdi, qayıdandan sonra davam etdirəcəkdi. Ancaq meyitini gətirdilər. Ölüm səbəbi barədə isə kimsədə məlumat yoxdur".

Hadisə barədə Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb. Cəlilabad Rayon İcra Hakimiyyəti və Burovar kəndinin bələdiyyəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. İcra hakimiyyətindən sualı eşidən kimi dəstəyi asıblar.

Copy of Untitled Design.png
Dəfn mərasimindən görüntü
Ana səhifəXəbərlər19 yaşlı əsgərin ölümünün səbəbi bəlli deyil