”16 yaşında qız burada boğuldu, öldü”

Zirzəmisi su, sütunu çatlamış bu bina Lökbatan qəsəbəsində yerləşən “Gecə” sanatoriyasıdır. Məcburi köçkünlər illərdir bu şəraitdə yaşayırlar.

Gültəkin Ədilova: “16 yaşında qız burada boğuldu, öldü. İcra hakimiyyətindən də gəlib gördülər. Gələnlər içəri keçmədi ki, burada çimmək olar? Dəm qazı adamı boğur”.

Əfsanə Behbudova deyir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bir ay əvvəl gəlib, onlara Qobu qəsəbəsinə köçürüləcəklərini deyiblər.

Əfsanə Behbudova: “FHN-də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də gəlib binanı çəkiblər. Qobuda tikilən binalara köçəcəksiniz. Dünən komitədən dedilər ki, Qobudakı evlər dolub. Gəlib köçürsünüz deyib, ümid verirlər. Amma nəticəsi yoxdu. Axşamdan nə çörək yemişəm, nə də su içmişəm. Ağlamaqdan ölürəm”.

Sakinlər köçüb-köçməyəcəklərini dəqiqləşdirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yollanıblar.

Dövlət Komitəsinin məskunaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov məcburi köçkünlərlə görüş zamanı bildirdi ki, Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin məskunlaşdığı qəzalı binaların siyahısını komitəyə təqdim edib. O, əlavə olaraq qeyd edib ki, 1026 ailə üçün vəsait Heydər Əliyev Fondu tərəfindən, digərləri üçün isə dövlət bödcəsində ayrılıb.

Sənan Hüseynov deyib ki, sakinlər bu il ərzində Qobu qəsəbəsinə yox, Ümid qəsəbəsinə köçürüləcək. Ümidə köçmək istəməyən sakinlər isə ikinci dəfə qaçqın düşəcəklərini deyirlər.

Ana səhifəVideo”16 yaşında qız burada boğuldu, öldü”