Sabir Ağayev

Источник: Meydan TV

Başlıq: Sabir Ağayev

15 yaşlı Sabir: Mən də başqa uşaqlar kimi gəzmək istəyirəm

Azyaşlının ailəsi kömək üçün Mehriban Əliyevaya müraciət edib

Siyəzəndə yaşayan Sabir Ağayev bir yaşından serebral iflicdən əziyyət çəkir. Valideynləri ilə birlikdə uzun illərin mübarizəsi lazımi nəticə verməyib.

“İrana apardıq, vəziyyəti pisləşdi”

15 yaşlı yeniyetmənin anası Zülfiyyə Ağayeva danışır ki, övladının ayağa qalxması, normal həyat yaşaması üçün çox çalışıblar. Xeyli tibb müəssisəsində müalicə kursu keçilib.

“Təkcə 5-6 il Uşaq Nevroloji Xəstəxanasında müalicə alıb. Oradakı müalicə çox az təsir göstərdi. Ümumiyyətlə, uşağı çox yerə aparmışıq. Məsələn, Neftçilər Xəstəxanasında da müalicə götürmüşük. Bir dəfə Mehriban Əliyevaya müraciət eləmişdik, Uşaq Bərpa Mərkəzinə yönləndirildik. Keçən ilin noyabrında ora getməyə başladıq. Sonra pandemiya başladı. O vaxtdan oturmuşuq evdə...”

Ananın dediyinə görə, sərbəst hərəkət edə bilməyən oğlunun vəziyyəti 2012-2013-cü illərdə nisbətən yaxşılaşıb. Onda ayaqlarında hissiyyat artıb, əlləri işləməyə başlayıb: “Sərbəst danışırdı. Sonra İrana apardıq. Oradan gələndən sonra uşağın vəziyyəti pisləşdi. Rusiyanın Tula şəhərindən həkimlər gəlmişdi. Lazerlə iki dəfə əməliyyat da elətdirmişik”.

“Əməliyyata 14 min manat lazımdır”

Zülfiyyə Ağayeva “Medera Hospital”da ailəyə ümid verildiyini deyir. Oradan deyiblər ki, Sabirin gəzmək şansı var: “Uzunmüddətli müalicə kursu keçməli olduğunu bildirdilər. Biz düşünürdük ki, 3-5 min manatla ötüşmək mümkündü. Amma dedilər ki, hər ayın 20 günü fizioterapiya müalicəsi keçməlidi. Bir günü 80 manat edir. Bir il davam eləməlidi. Bu, 19 min manatdan çox xərc deməkdi. Üstəlik, əməliyyata ehtiyac var. Həkim Vüsal Mahmudov dedi ki, əzələləri çox qısadı, əməliyyatsız keçinmək mümkün deyil. Əməliyyat isə çox bahadı, 14 min manat lazımdır”.

Sabirdən başqa daha iki övladı olduğunu deyən ana bu dəfə müalicə xərclərini ödəmək iqtidarında olmadıqlarını vurğulayır. Bankda hesab açıblar, amma çox məbləğ yığılmayıb: “On gün olar açmışıq, heç 800 manata çatmayıb. O qədər yalvarıram ki... Deyirəm, bəlkə kimsə kömək elədi”.

Uşaq Bərpa Mərkəzinin tibbi arayışı

Uşaq Bərpa Mərkəzinin tibbi arayışı

Источник: Meydan TV

Sabir əlil kimi müavinət alır. Amma həmin vəsait tamamilə müalicə xərclərinə sərf olunur. Zülfiyyə Ağayevanın sözlərinə görə, bir müddət əvvəl özü və kiçik oğlu da əməliyyat olunub. Həmin əməliyyatlar üçün bankdan kredit götürüblər, hələ də onu ödəyirlər. Bu, ailənin vəziyyətini bir az da ağırlaşdırıb.

“Əsgər getmək istəyirəm”

Ağayevlər ailəsinin hazırda əsas qayğısı Sabirin sağlamlığını bərpa etməsidir. Hərçənd, ailənin ciddi sosial qayğıları var. Zülfiyyə Ağayeva bildirir ki, Sabirdən kiçik məktəbli övladlarının da az xərcləri olmur:

“Bu illər ərzində bacardıqca müalicə elətdirmişik. Məsələn, Uşaq Bərpa Mərkəzinə bizi Mehriban xanımın məktubundan sonra göndərsələr də, halallıq üçün hamıya pul verirdik. Heç kimin pulunu kəsməmişik. Nə olunubsa, hamısı bizim vəsaitlə həyata keçirilib. Amma daha gücümüz qalmayıb. Bu boyda məbləği ödəyə bilmərik”.

Ailə vitse-prezident Mehriban Əliyevaya yenə müraciət edib. Məktubun çatması barədə bildiriş gəlib:

“Nəsə xeyri olacağına ümidimizi itirmirik. Sabir də çox fikir eləyir. Elə deyir ki, mən əməliyyat olunmalıyam. Düşünür ki, görəsən necə əməliyyat olunacaq, yanında kim olacaq. Özü yerlə də olsa, evdə hərəkət eləməyə çalışır. Amma yenə də ona nəzarət eləyən adam lazımdır həmişə. Mən harasa gedəndə nənəsi baxır ona”.

Sabir fikrini çətinliklə də olsa, izah etməyə çalışır. Diqqətlə qulaq asanda anlamaq olur: “Mən də başqa uşaqlar kimi gəzmək istəyirəm. Həkimlər mənə deyib ki, düzələcəksən. Əsgər getmək istəyirəm...”

Mərkəzi Neftçilər Xəstəxanasının arayışı

Mərkəzi Neftçilər Xəstəxanasının arayışı

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ngw6oc

Самое читаемое