15 rayon üzrə 25 yaşayış məntəqəsinin adları dəyişdirildi

Layihə səsə qoyulub və qəbul edilib

Source:


Layihə səsə qoyulub və qəbul edilib

Milli Məclisin növbədənkənar iclasında 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adları dəyişdirilib.

Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kəndi Xanbulaq, Goranboy rayonundakı Ağamalıoğlu kəndi Düzqışlaq, Əzizbəyov kəndi Kəhrizli, Xaçmaz rayonu üzrə Alekseyevka kəndi Çaykənarı, Müqtədir qəsəbəsi İstisu, Xızı rayonundakı Şuraabad qəsəbəsi Şorabad, Qusar rayonunun Şirvanovka kəndi Şirvanlı, Masallı rayonu üzrə Kalinovka kəndi Viləş, Saatlı rayonunun Xanlarkənd kəndi Nabatkənd, Qarayevkənd kəndi Orta Muğan, Samux rayonundakı Qırmızı Samux qəsəbəsi Qaraağaclı, Şəmkir rayonunda Qasım İsmayılov kəndi Ağlavaşlı, Muxtariyyat kəndi Qədimqala adlandırılır.

Bu kənd və qəsəbələrin yerləşdikləri kənd inzibati ərazi dairələrinə də eyni adlar verilir. Bununla yanaşı, Astara rayonunun Qamışovka kəndi Qamışoba, Göygöl rayonunun Xanlar qəsəbəsi Ağdağ, Mixaylovka kəndi Bənövşəli, Xaçmazın Krasnı Xutor kəndi Şıxlı, Xızının Altıağac qəsəbəsindəki Çistı Klyuç kəndi Safbulaq, Qazaxdakı Kommuna kəndi Bala Çaylı, Qubanın Novonikolayevka kəndi Çaydüzü, Oğuz rayonunda Astarxanovka kəndi Çaldaş, Vladimirovka kəndi Çayqovuşan, Samux rayonunun Lüksemburq kəndi Köbər, Əli Bayramlı kəndi Sarıqaya, Yevlaxın Bünyadabad kəndi Yeni Çobankərə adlandırılır.

Layihə səsə qoyularaq, qəbul olunub.

Ana səhifəXəbərlər15 rayon üzrə 25 yaşayış məntəqəsinin adları dəyişdirildi