11 yaşlı şagird intihara cəhd edib

Источник: Meydan.TV

Оглавление: 11 yaşlı şagird intihara cəhd edib

11 yaşlı şagird intihara cəhd edib

11 yaşlı şagird intihara cəhd edib

Əliyevlər ailəsinin evliliklərindən 11 il sonra dünyaya gətirdikləri övladı intihara cəhd edib. Nizami rayonu 109 nömrəli məktəbdə oxuyan 11 yaşlı şagird aprelin 30-da dərsdən evə gələrək atasının dərmanların içib. Məktəbli iki müəllimənin ona qarşı kobud davranışının onu intihar həddinə çatdırdığını deyib. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.

O, 18 saat komada qalıb. Daha sonra vəziyyəti yaxşılaşıb, mayın 4-də evə yazılıb. Şagirdin atası iddia edir ki, müəllimlərə rüşvət vermədiyinə görə övladını məktəbdə gözümçıxdıya salıblar.

Şagird deyir ki, məktəbdə psixoloqun varlığından xəbərsiz olub. Qarşılaşdığı problemləri yalnız evdə gəlib danışıb. Şamxal Əliyev qızının başına gələnlərlə bağlı polisə şikayət edib. Faktla bağlı Nizami rayonu 24-cü polis bölməsində Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Müəllimlər, şagirdlər istintaqa cəlb olunub. Uşağın valideyni hüquq-mühafizə orqanların müraciət edir ki, ona qoruma ayrılsın. O, şikayət etdiyi müəllimlərin qohumlarından hədə-qorxu zəngləri aldığını deyir.

109 saylı məktəbdə direktorun işdə olmadığını bildiriblər. Məktəbin mətbuata göndərdiyi açıqlamada bildirilir ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi xidməti araşdırma aparıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb. Valideyn isə tələb edir ki, müəllimlərə töhmət verilsin, onlar cəzalandırılsın.

Bir həftədir məktəbə getməyən şagirdin isə arzuları var. Arzularına çatmaq üçün məktəbə getməlidir. Müəllimlərin və şagirdlərin ona qarşıbvmünasibətlərini dəyişəcəkləri halda məktəbə gedəcəyini deyir.

Bu, apreldə baş verən yeganə intihara cəhd hadisəsi deyil. 4 apreldə 162 saylı məktəbdə oxuyan Elina Hacıyeva məktəbin pəncərəsindən özünü ataraq intihar edib. Hadisə ilə bağlı cinayət işi açılıb. Məktəbin direktoru barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilib.

Direktor müavini, sinif rəhbəri, məktəbin psixoloqu işdən çıxarılıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/gzcdsu

Самое читаемое