Source: Meydan TV

“Zəhmətimizlə ev almamışıq ki, harın məmurlar yeyib bizə meydan oxusunlar”

“Zəhmətimizlə ev almamışıq ki, harın məmurlar yeyib bizə meydan oxusunlar”

Sakinlər artıq üç ildir sökülən evlərinin yerində yenisinin tikiləcəyini gözləyirlər.

2017-ci ilin oktyabrında "EVROSTROY-S.S" şirkəti Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yaşayan sakinlərlə müqavilə bağlayıb. “Pilot layihə” deyə təqdim olunan müqaviləyə əsasən sakinlərin yaşadığı evlər sökülüb, yerində bina tikiləcək və onlara buradan ev veriləcəkdi. Müqavilənin şərtlərinə görə şirkət 20 ay müddətində binanı təmirli şəkildə sakinlərə təhvil verməli idi. Qoyulan vaxt ötən ilin iyul ayında bitsə də, binanın tikintisi bitməyib.

Müqaviləyə görə bina hazır olana qədər sakinlər şirkətin hesabına kirayə evlərə çıxarılıb. Şikayətçilər isə son 2 ildə kirayə ödənişlərini də çətinliklə aldıqlarını deyirlər.

Sakinlər tikintinin sifarişçisi olan Nərimanov Rayon İcra Hakimiyyətinə yola düşüblər. Onlar qurumun qarşısındakı magistral yolu bağlayaraq etiraz ediblər. Aksiya zamanı Rasim Axundov adlı şəxs saxlanılıb. 18-ci polis bölməsinə aparılan vətəndaş inzibati qaydayla 50 manat məbləğində cərimə olunub.

Hazırda adı dəyişdirilərək “Sipark” MMC edilən şirkətin əməkdaşı tikintinin 2021-ci ilin mart ayında yekunlaşacağını bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ayv9a6

Most Viewed