Əhməd Zakayev

Source: Foto: arxiv

Caption: Əhməd Zakayev

Zakayev koronavirusa yoluxub, xəstəxanaya qaldırılıb

Çeçenistanın keçmiş Baş nazirinin ailə üzvlərində də COVİD 19-un əlamətləri hiss edilib

Çeçenistan İçkeriya Respublikasının keçmiş yüksək vəzifəli rəsmisi Əhməd Zakayev koronavirus simptomları ilə Londonda xəstəxanaya qaldırılıb, - RFE/RL xəbər verir.

Zakayevin yaxınları radioya bildiriblər ki, çeçen separatçı hökumətinin sürgün edilmiş keçmiş üzvü nəfəs almaqda çətinlik çəkdiyi üçün aprelin 6-da xəstəxanaya yerləşdirilib.

Yaxınları onun xəstəxanaya yerləşdirilməsindən üç gün əvvəl digər ailə üzvlərində də COVID-19 əlamətləri, məsələn, qızdırma və öskürək kimi halların olduğunu deyiblər.

Tibb işçiləri Zakayevin qohumlarından müalicə zamanı süni tənəffüs cihazından istifadə üçün razılıq sənədinin imzalanmasını istəyib.

60 yaşlı Zakayev Çeçenistan separatçı hökumətində Mədəniyyət naziri, Baş nazirin müavini, Baş nazir və Xarici işlər naziri vəzifələrini icra edib.

O və yaxın ailə üzvləri 2002-ci ildən bəri Londonda sürgündə yaşayırlar.

Rusiya onu terrorizmdə ittiham edir. O və onun tərəfdarları bu iddianı inkar edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0g8l9d

Most Viewed