“Yüz rəssamdan beşi yaxşı yaşaya bilir”

“Yüz rəssamdan beşi yaxşı yaşaya bilir”

“Mənim işlərimə baxan bilir əl işidir, amma bir az da şübhə ilə yanaşır ki, bəlkə də əl işi deyil, fotodur. O qədər video tələb edən olub ki… yəni videosun çəkməsən inanmarıq”.

Məhsun Hüseynov rəsm təhsili almasa da, çəkdiyi rəsmlərlə insanları təəccübləndirə bilir. Deyir ki, rəsm təhsili almasına ailəsi mane olub. Onlar bu işin gəlirli olmadığını əsas gətirirdilər.

Onun iş alətləri karandaş, silgi və lupadır. O, əsasən məşhur şəxslərin portretlərini çəkir. Deyir ki, bu rəsmləri almaq istəsələr də, o hələ ki, satmır. Düşünür ki, gələcəkdə sərgi keçirəndə bu əl işlərini satışa çıxaracaq. Arzusu- şəxsi emalatxanasını açmaq və fərdi sərgisini keçirməkdir.

Ana səhifəVideo“Yüz rəssamdan beşi yaxşı yaşaya bilir”