Qoca Səmədov

Source: http://yevlax-ih.gov.az

Caption: Qoca Səmədov

Yevlaxın keçmiş icra başçısı həbsdən buraxılıb

Qoca Səmədovun barəsində heç yerə getməməyə dair iltizam tədbiri seçilib

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun səhhətindəki problemlər əsas gətirilərək, həbsdən buraxılıb. Sentyabrın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarıyla keçmiş icra başçısının barəsində həbs qətimkan tədbiri başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Məhkəmədə Qoca Səmədovun vəkili Elnur Vəliyev hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətinin ağır olduğunu əsas gətirərək, hökm çıxarılana qədər onun haqqında alternativ qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb. Hakimlər vəkilin vəsatətini təmin edib.

Vəkil bildirib ki, Qoca Səmədov hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirmişdi. Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı 1 il 9 ay ərzində durumu dəfələrlə pisləşib. Qoca Səmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib. Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

Vəkil əlavə edib ki, Qoca Səmədov hazırda Bakıda xəstəxanaya yerləşdirilib. Onun ürəyində yenidən əməliyyat keçiriləcəyi istisna olunmur.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.

Həbsindən bir müddət əvvəl 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Qoca Səmədov külli miqdarda büdcə vəsaitini mənimsəmə və başqa əməllərdə ittiham olunur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/uib1rt

Most Viewed