Yasamal Rayon Polis İdarəsi 29-cu bölmə

Source: Foto: google.az

Caption: Yasamal Rayon Polis İdarəsi 29-cu bölmə

Yeniyetmə polis bölməsinə aparılıb, paylaşımları silinib

Zəhra Kələntərova polisə aparılmasını sabiq prezident Heydər Əliyevin şəklini cızma-qara etməsi ilə əlaqələndirib

Yeniyetmə bloger Zəhra Kələntərovanın aprelin 5-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 29-cu polis bölməsinə aparıldığı bildirilir.

Bu barədə Zəhra Kələntərova özü və dostları məlumat paylaşıb.

18 yaşı olmayan Zəhra Kələntərovanın bildirdiyinə görə, onun telefonu alınıb və sosial şəbəkədə yazdığı paylaşımlar silinib.

“Eyni zamanda, onun adından üzr istədiyi, peşman olduğunu ifadə edən post paylaşıblar. Zəhranın 18 yaşı tamam olmayıb. Polis bölməsinə qəyyumu və ya vəkili olmadan aparılması qanunsuzdur. Qeyd edim ki, heç evinə rəsmi bildiriş də göndərilməyib”, - deyə fəal Sanay Yağmur yazıb.

Zəhra Kələntərova özü polisə aparılmasını sabiq prezident Heydər Əliyevin orta məktəb dərsliyindəki şəklini cızma-qara etməsi ilə əlaqələndirib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə olaydan xəbərsiz olduğunu desə də, “əsassız yerə aparmazlar”,- deyə fikrini tamamlayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/d9gho6

Most Viewed