XİN rəsmisi: Fransua Pupponi qatı anti-Azərbaycan mövqeyilə seçilir

“Fransua Pupponi ilə səfərdə olan Arnuvil şəhərinin merinin də Azərbaycana girişi yasaqlanacaq”

Source: Meydan.tv


“Fransua Pupponi ilə səfərdə olan Arnuvil şəhərinin merinin də Azərbaycana girişi yasaqlanacaq”

“Fransa Milli Məclisinin üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva belə deyir. (https://mfa.gov.az/az/news/no32721)

Fransa Parlamentinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndiyə səfər edib.

Leyla Abdullayeva bildirib ki, bu səfər qanunsuzdur.

O qeyd edib ki, Fransua Pupponi ilə səfərdə olan Arnuvil şəhərinin merinin də Azərbaycana girişi yasaqlanacaq: “Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri də Azərbaycana daxil olmaq hüququndan məhrum ediləcək”.

Onun sözlərinə görə, bu addım sülh quruculuğuna xələl gətirir: “Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”.

Ana səhifəXəbərlərXİN rəsmisi: Fransua Pupponi qatı anti-Azərbaycan mövqeyilə seçilir