Dənizdə dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq

Source: Foto: arxiv

Caption: Dənizdə dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq

Xəzərdə dalğanın hündürlüyü 5,5 metrə çatacaq

Güclü külək barədə xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizi akvatoriyasında oktyabrın 7-də güclü küləklə bağlı xəbərdarlıq edib.

Məlumata görə, səhər saat 9:00-dan axşam saat 21:00-dək şimal qərb, şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25-30 metr saniyəyədək güclənəcək.

Dənizdə dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Hava proqnozu ilə əlaqədar gəmilərin lövbər sığınacaqlarında dayanması təmin edilib.

Dövlət Dəniz Agentliyinin məlumatına görə, növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb.

“Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir”, - məlumat deyilir.

Məlumata görə, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zl74x0

Most Viewed