Xarici İşlər Nazirliyi: Ermənistan humanitar atəşkəsi pozur

“Onlar ölkələrinin atəşkəs razılaşmasına əməl etməyə hazır olduqlarını təsdiqləyiblər”.

Source:


“Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələr

i artilleriya atəşinə tutulub”

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan hər iki ölkənin oktyabrın 26-sı yerli vaxtla 08.00-dən (07.00 MSK) Dağlıq Qarabağda qüvvəyə minəcək atəşkəs rejiminə riayət etmək öhdəliklərini təsdiqləyib.

“Turan” İA ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən bu barədə məlumat yayıb.

Məlumatda oktyabrın 24-də Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşdüyü qeyd olunub:

“Onlar ölkələrinin atəşkəs razılaşmasına əməl etməyə hazır olduqlarını təsdiqləyiblər”.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozduğu haqda açıqlama

yayıb

:

“Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb”.

Nazirlik daha sonra bildirib:

“Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir. Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

29 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarını azad edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətXarici İşlər Nazirliyi: Ermənistan humanitar atəşkəsi pozur