Xanımı: Gürcüstan müsəlmanlarının şeyxi Azərbaycanda saxlanılıb

Mirtağı Əsədov

Mirtağı Əsədov

 Mirtağı Əsədovun nədə ittiham olunduğu bəlli deyil

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədov noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb.

Mirtağı Əsədovun xanımı Şahanə Hacıyeva Meydan Tv-yə deyib ki, həyat yoldaşı sərhəddə saxlanılanda, onun özü Bakıda olub:

“Mirtağı Əsədovun gəldiyi avtobusun sürücüsü bizim qonşudur. Sürücü də bizə Mirtağının saxlanılması haqda məlumat verdi. Elə həmin günün axşamı Mirtağı mənə zəng vurub saxlanıldığını və Bakıya aparıldığını söylədi”.

Ş.Hacıyeva bildirib ki, yoldaşı əvvəllər də Bakıya gəlib, amma heç vaxt təhdid olunmayıb:

“Bir-iki dəfə sorğuya çağrılıb. Gürcüstanda heç vaxt Mirtağıya təzyiq edilməyib. Ona görə mən Mirtağının nə üçün saxlanılması barədə bir şey düşünə bilmirəm, çünki onun fəaliyyəti ictimaiyyətə bəllidir, heç bir gizlin, yaxud sirli məqam yoxdur ki, şübhəyə yer olsun. Ümumiyyətlə, qanundankənar bir addım atmayıb ki, saxlanılmasına əsas olsun. Nəhayət, Mirtağı Gürcüstanda fəaliyyət göstərir, Azərbaycanda yox. Qafqaz Müsəlmanları İdarəsi ilə də normal münasibətləri olub”.

Ş.Hacıyeva həyat yoldaşı ilə görüşmək üçün noyabrın 7-dən bəri hər gün iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət etsə də, cavab ala bilmədiyini deyir:

“Təəssüf ki, Mirtağı haqda heç bir məlumat ala bilmirəm, suallardan yayınırlar. Hətta Gürcüstanın Bakıdakı səfirliyinə belə məlumat verməkdən yayınırlar. Halbuki, Mirtağı cinayət törətməyib ki, məsələni bu qədər uzatsınlar, 1-2 saata reaksiya vermək olar. Düşünürəm ki, məlumat vermirlərsə, deməli, Mirtağıya təzyiq var”.

O, noyabrın 12-də Gürcüstanın Bakıdakı səfirliyində olduğunu deyir:

“Onlar dedi ki, bu məsələylə ciddi maraqlanırlar. Özləri deyirlər ki, nəyə görə vətəndaşları ilə bu cür davranırlar, artıq düşünmək lazımdır. Bilirsiniz, mənimlə görüşdürməyə bilərlər, amma diplomatik korpusa bu cür münasibət qanunaziddir”.

Şahanə Hacıyeva yoldaşını vəkil Elçin Sadıqovun müdafiə edəcəyini deyib:

“Artıq vəkil məktubla idarəyə müraciət edib, sabah cavab verməlidirlər. Başqa ölkənin vətəndaşını yaxınlarına məlumat, görüş vermədən bu cür saxlanılması insan oğurluğudur”.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov 2 il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.

Onun ailəsinin Azərbaycanda yaşadığı, ailəsinı baş çəkmək üçün ildə bir neçə dəfə Azərbaycana səfər etdiyi bildirilir.

İdarədən deyiblər ki, Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsinin sədri olan M.Əsədov son aylarda Gürcüstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib. O, Gürcüstanda məscidlərin dövlət mülkiyyətinə verilməsinə, sovet dövründə dini birliklərə dəyən zərərin kompensasiya edilməsi qaydasına qarşı çıxıb.

Azərbaycan Daxili İşlər Nazirliyi Mirtağı Əsədovun saxlanılması ilə bağlı hər hansı açıqlama verməyib. Onun nədə ittiham olunması haqda məlumat yoxdur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/18qgc2

Most Viewed