Source: Meydan Tv

Xanımı: Əfqan Sadıqov 29 gündür aclıq edir, vəziyyəti kritikdir

Sayt rəhbəri məhkəmə qərarına etiraz edir

“Azel TV” saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onun təcridxanada 29 gündür aclıq etdiyini və durumunun kritik olduğunu bildirir. S.Sadıqova Meydan TV-yə deyib ki, dekabrın 2-də Bakı İstintaq Təcridxanasına getsə də, həyat yoldaşıyla görüşə bilməyib:

“Vəziyyəti çox pisdir. O qədər ağırdır ki, hərəkət edə, gəzə bilmir. Görüşə onu ancaq xərəkdə gətirmək olardı. Ailəsinin qarşısına bu vəziyyətdə çıxmamaq üçün təcridxananın əməkdaşlarına deyib ki, bu durumda görüşə getmək istəmir”.

S.Sadıqova vurğulayıb ki, əgər təcili tədbir görülməsə, Ə.Sadıqov həyatını itirə bilər. Onun fikrincə, Penitensiar Xidmət indiki durumda ən azı, həyat yoldaşını Müalicə Müəssisəsinə köçürməlidir.

S.Sadıqova həyat yoldaşının durumu ilə əlaqədar Ombudsman Aparatı və digər səlahiyyətli dövlət orqanlarına məlumat verdiyini, Ə.Sadıqovun həyatının təhlükə altında olmasını onların diqqətinə çatdırdığını deyir.

Ə.Sadıqovun aclıq etməsi barədə məlumat yayıldığı ilk günlərdə Penitensiar Xidmət S.Sadıqovanın bu haqda dediklərini təkzib etmişdi. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirmişdi ki, bu qurumun tabeliyindəki həbs yerlərində saxlanılan şəxslər arasında aclıq edən yoxdur. Sonradan Penitensiar Xidmət bu məsələyə münasibət bildirməyib.

Ə.Sadıqov bu ilin mayında həbs olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən rüşvət tələb etməkdə təqsirləndirilən Ə.Sadıqova qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham irəli sürülüb. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb və bu maddə ilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən onun hökmə etiraz əlaməti olaraq, aclıq aksiyasına başladığı bildirilir.

Ə.Sadıqovun haqqındakı hömdən apelyasiya şikayəti verilib. Bu şikayət üzrə ilkin baxış iclası dekabrın 4-də Bakı Apelyasiya Məhkəməsində keçiriləcək.

Ə.Sadıqov icra hakimiyyətinin məmurlarından rüşvət tələb etmədiyini, ittihamın saxta olduğunu bildirir. O, məhkəmədə deyib ki, tənqidi yazılarına görə şərlənərək cəzalandırılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2rvf42

Most Viewed