Aqil Hümbətov

Source: Foto: Meydan TV

Caption: Aqil Hümbətov

Xanımı: Aqil Hümbətov ona adını bilmədiyi, sakitləşdirici dərmanlar içirildiyini dedi

“Uşaqlardan biri xəstədir, həkim dərman yazıb, ala bilməmişəm”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə İlham Əliyevə ailəsinin dolanışığından şikayətlənib uşaqpulu tələb edən Aqil Hümbətov bir həftədir ki, Respubkila Psixiatriya Xəstəxanasında saxlanılır. Onun xanımı Aygün Hümbətova aprelin 8-də səhər saatlarında sosial şəbəkələr vasitəsilə müraciət edərək, bir həftədir həyat yoldaşından xəbərsiz olduğunu, onunla hətta telefon danışığına da icazə verilmədiyini bildirib.

A.Hümbətovanın Meydan TV-yə bildirdiyinə görə, həmin müraciətindən az sonra həyat yoldaşının onunla əlaqə saxlamasına şərait yaradılıb:

“Həkimin telefonuyla zəng eləmişdi. Halbuki, həmin həkim heç adamı yaxın qoymurdu, zəng eləyirdim, söndürürdülər, bir kəlmə cavab vermirdi”.

A.Hümbətovanın sözlərinə görə, həyat yoldaşı ümumilikdə vəziyyətindən şikayətlənməsə də, ona adını bilmədiyi, sakitləşdirici dərmanların içirildiyini söyləyib.

Aqilin yoxluğunda özü və uşaqlarının vəziyyətinin daha da ağırlaşdığını vurğulayan A.Hümbətova onu da qeyd edib ki, həyat yoldaşının psixiatriya xəstəxanasına salınması barədə məhkəmənin qərarından şikayət veriləcək:

“Guya yoldaşım qəsəbədə özünü nalayiq aparıb, ondan üç nəfər şikayət edib. O adamları qəsəbədə hamı tanıyır, nə işlərlə məşğul olduqlarından, neçə evlər yıxdıqlarından hər kəs xəbərdardır. Uşaqpulu tələb elədiyinə görə mənim yoldaşımı da onların əli ilə şərləyib ora saldılar. Dəli gedib karton toplayıb satıb, uşaqlarını dolandırar? Uşaqlardan biri xəstədir, həkim dərman yazıb, ala bilməmişəm. Uşaqları qoyub gedib heç içməyə su gətirə bilmirəm”.

A.Hümbətov bundan əvvəl martın 30-da da psixiatriya xəstəxanasına salınmış, aprelin 1-də isə oradan buraxılmışdı. Birinci dəfə xəstəxanaya salınmasına əsas kimi, Xəzər rayonu, 1-ci polis bölməsi də onun haqqındakı şikayətlə əlaqədar tərtib etdiyi məktub göstərilirdi. İddia olunurdu ki, A.Hümbətov yaşadığı Zirə qəsəbəsində küçədə çılpaq gəzib.

Aprelin 1-də isə onun haqqında məhkəmə qərarı çıxarıldı. Qərarda da yazılıb ki, A.Hümbətovun iradəsinə zidd olaraq, bu xəstəxanada saxlanmasına əsas yoxdur. Həmin qərar psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun ərizəsi əsasında çıxarılıb. Baş həkim onun məcburi müalicəyə ehtiyacı olması və qeyri-könüllü orada saxlanması üçün məhkəməyə ərizə verib. Sabunçu Rayon Məhkəməsi də ərizəni təmin etməyib, ona görə aprelin 1-də onu buraxıblar.

Aprelin 2-də isə o, yenidən xəstəxanaya salınıb. Həyat yoldaşı bildirir ki, A.Hümbətov buraxıldığı gün axşam evə gələndən sonra yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri danışıb, yenidən İlham Əliyevi tənqid etdiyinə, mediaya müsahibələr verdiyinə görə ertəsi gün işlədiyi yerdə tutub aparıb xəstəxanaya salıblar.

Küçələrdən plastik və karton tullantıları toplayıb, təhvil verməklə ailəsini dolandıran A.Hümbətova ötən ilin martında da 30 günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə Prezidenti tənqid etməsidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vu0p1x

Most Viewed