Xalidə Bayramova

Source: Trend.az

Caption: Xalidə Bayramova

Xalidə Bayramova vəzifəsindən çıxarıldı

O, vəzifə səlahiyyətlərindən sui-istifadə günahlandırılır

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən çıxarılıb.

Bu barədə rayon icra başçısı Vüqar Zeynalov mayın 6-da əmr imzalayıb.

Xəbəri "trend.az" yayıb.

Mayın 4-də Baş Prokurorluq Xalidə Bayramovaya xəbərdarlıq edib. Səbəb kimi Xalidə Bayramovanın vəzifə səlahiyyətlərindən istifadə etməsi göstərilib: “Araşdırma zamanı məlum olub ki, Xalidə Bayramova Səbail rayonu ərazisində yerləşən 1 saylı şəhər poliklinikasının vəzifəli şəxslərinə zəng edib. O, Covid-19 əleyhinə vaksinasiya prosesilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan, onun peyvəndlənmiş şəxs kimi qeydiyyata alınıb, bu barədə tibbi sənəd verilməsini tələb edib”.

Xalidə Bayramovanın adı 2019-cu ilin aprelində 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı məsələsində də çox hallanmışdı.

Hadisə yerinə gələn icra başçısının birinci müavini özünə qəsd edən şagirdi istər məktəbdə, istərsə də sonradan xəstəxanada sorğu-suala tutmuşdu.

Məktəbin direktoru hadisədən sonra təcili yardım əvəzinə Xalidə Bayramovanı çağırmışdı.

Sonradan ekspertiza rəy vermişdi ki, məktəblinin hadisədən dərhal sonra xəstəxanaya aparılmaması, bu prosesin yubanması onun durumunun daha da pisləşməsinə səbəb olub.

Xalidə Bayramova bu məsələ ilə əlaqədar istər istintaqda, istərsə də məhkəmədə dindirilmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6gb3ho

Most Viewed