İlham Əliyev simvolik olaraq xalça saplarını kəsir

Source: Prezident.az

Caption: İlham Əliyev simvolik olaraq xalça saplarını kəsir

Xalçaçılar aylıq nə qədər qazana bilər?

Article was updated on :  7 November 2019

Bir xalçaçı ən azı 1 ay yarım vaxt ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil.

Mikroskopmedia” saytı apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.

Bir neçə gün əvvəl prezident İlham Əliyev “Azərxalça”nın Qəbələ filialının açılış mərasimində iştirak edib. Qurumun İdarə Heyətinin sədri Vidadi Muradov bu zaman prezidəntə deyib ki, onlar toxunan hər xalçaya görə 250 manat maaş alır. Toxunan xalça nə qədər çox olsa, maaş da o qədər çox ola bilər.

“Çalışın ərlərinizdən az asılı olasınız” - İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirakı zamanı

Araşdırma zamanı isə məlum olub ki, fiziki olaraq bir xalçanın toxunmağına minimum bir ay yarım, iki ay vaxt lazım olur. Xalça toxuyanlar deyiblər ki, 1 kv metr xalçanın toxunmasına 1 ay yarım vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar, bundan tez isə mümkün deyil.

Bundan başqa, xalça satışı ilə məşğul olanlar deyib ki, turistlər onlardan xalça alandan sonra onu mütləq şəkildə Xalça Muzeyində qeydiyyatdan keçirməlidirlər və onun üçün sertifikat almalıdırlar. Sertifikat imkan verir ki, onlar həmin xalçanı hər hansı bir problem olmadan ölkədən kənara çıxara bilsinlər.

Azərbaycan Xalça Muzeyinin qədim xalçalara şəhadətnamə verdiyini təsdiqləyib.

İlham Əliyev xalçaçı qadınlarla görüşür

İlham Əliyev xalçaçı qadınlarla görüşür

Source: Prezident.az

Sertifikat iki qiymətədir:

Bir gün ərzində verilən sertifikat – 45 AZN

7 gün ərzində verilən sertifikat – 25 AZN

Xalça satanlar bu qaydanın onların işinə ciddi təsir etdiyini ,satışın kəskin azalmasına səbəb olduğunu deyiblər. Onların fikrincə, hər turistin yetərincə zamanı və həvəsi olmaya bilər ki, aldığı məhsulu qeydiyyatdan keçirtsin.

“Azərxalça” isə deyib ki, bu qurum ancaq öz məhsullarına cavabdehdir və öz məhsullarına sertifikat verir. Azərbaycan xalçalarının xarici bazarda qiyməti isə 646 manatla 2,040 manat arasında dəyişir.

İçərişəhərdəki satıcılar xalçalardan kiçik ölçülü olanlar 150-200 manata , böyük ölçülü olanlar isə 400-500 manata satdıqlarını deyiblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  7 November 2019
Featured in:  
Shortlink:   http://mtv.re/dev9ew

Most Viewed