dayanacaq

Source: meydan tv

Caption: dayanacaq

Xaçmazlılar: Ayrılan pulların yarısı ciblərinə gedir, yarısı da heykəl qoymağa

''Təkcə dayanacaq yox, kənddəki çox yerlər pis vəziyyətdədir''

“Deyilənə görə, dayanacaq dağılanda orda uşaq da olub. Xudata getmək üçün anasıyla avtobus gözləyirmiş. Hətta deyilənə görə, anayla bala xəsarət alıb”.

Xaçmazın Seyidlər kəndinin sakinləri Meydan TV-yə danışırlar ki, kəndin ərazisindəki dayanacaq iki aydan çoxdur dağılıb. Və iki aydan çoxdur ki, həm sakinlər dayanacaqsız qalıb, həm də dağıntılar gündüzlər bu yoldan istifadə edən məktəblilərə, gecələrsə sürücülərə təhlükə yaradır.

“Yağış dayanacağı dağıdıb”

Seyidlər kənd sakini Elariz Həsənovun deməsinə görə, dayanacağın dağılmasına səbəb yağış olub:

“Güclü yağışdan dağılıb. Təsəvvür edin, yağış yağır, avtobus gözləyənlər də yığışıb dayanacağa ki, yağışdan islanmasınlar, bu vaxt dayanacaq yağış sularına tab gətirməyib başlarına uçur. Kənddə belə danışırlar... Deyirlər, həmin vaxt ana və azyaşlı uşağı dayanacaqda olub, ancaq xəsarət alıb-almadıqlarını bilmirik. Köhnə tikili idi, istismar müddəti çoxdan ötmüşdü”.

“Tibb məntəqəsi, mədəniyyət klubu – hər yer bu vəziyyətdədir”

Kənd sakini Fəzilə Qurbanova deyir, yeni tipli, dəmir konstruksiyalı dayanacaq üçün dəfələrlə Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Qurum sakinlərə söz verib ki, tezliklə müvafiq qurumlar problemi həll edəcək:

Xudat dayanacağı

Xudat dayanacağı

Source: meydan.tv

“Bu dayanacaq Qubadan Xudata gedən yolun üstündədir. Hər gün yüzlərlə adamın istifadə etdiyi yoldur. Ancaq indi bizi narahat edən o deyil ki, niyə bura təzə dayanacaq quraşdırılmır. Bizi narahat edən odur ki, bu dağıntı ortalıqda qalıb, iki aydır gəlib yığışdırmırlar. Gedib icra hakimiyyətində bir az səs-küy salandan sonra gətirib bir tərəfinə lent bağlayıb getdilər. Əslində yenə də dava dayanacaq davası deyil. Söhbət odur ki, kəndlərdə hər sahə beləcə dağılır və diqqət göstərilmir. Xaçmazın mərkəzinə gəlsəniz, elə bilərsiz başqa aləmə düşmüsüz. Ayrılan pulların yarısı ciblərinə gedir, yarısı da heykəl qoymağa... Ancaq kəndimizdəki tibb məntəqəsi də, mədəniyyət klubu da – hamısı bu vəziyyətdədir”.

“Ayrılan pullar ciblərə axır”

Sakinlər düşünür ki, əslində bu işlərə görə pul vəsaitləri ayrılır, ancaq o pullar şəxsi ciblərə axır:

“İndi araşdırsaq, görərik ki, o dayanacağa görə neçə dəfə pul silinib. Baxırsan ki, bir şey deyil, düşünürsən ki, dayanacaqdır da... Uzaqbaşı avtobusu yolun kənarında dayanıb gözləyəcəksən. Ancaq belə deyil. Bizə vacib görünməyən o dayanacağın əvvəl təmirinə görə pul ayrılır, sonra da təzəsinə görə. Kənddəki işıq dirəkləri, naqillər... Hər şey bu vəziyyətdədir. Eyni qaydalarla kağız üzərində ildə bəlkə 3-4 dəfə “dəyişdirilir”, yenilənir və sair”.

dayanacaq

dayanacaq

Source: meydan.tv

Rəsmi qurum: “Deyilənlər əsassızdır”

Xaçmaz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Seyidlər kəndi ərazisində çökmüş köhnə dayanacağın yerində müasir tipli, dəmir konstruksiyalı dayanacaq quraşdırılacaq: “Orda işlər gedir. Heç bir təhlükə də yoxdur. Yaxın vaxtlarda köhnə dayanacaqdan bir az kənarda müasir tipli dayanacaq quraşdırılıb istifadəyə veriləcək. Başqa məsələlərə gəlincə, Seyidlər kəndindəki inzibati binalar normal vəziyyətdədir, deyilənlər əsassızdır”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/k81rkl

Most Viewed