Source: Meydan Tv

Vətəndaş zorakılıq edildiyini deyir, polis təkzib edir

Article was updated on :  29 March 2021

DİN yayılan videogörüntülərə münasibət bildirdi

Sosial şəbəkələrdə vətəndaşın övladı qarşısında polis təzyiqinə məruz qaldığını görüntüləyən video yayılıb. Hadisənin Dərnəgül ərazisində baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, polis azyaşlı övladının yanında vətəndaşa zorakılıq göstərərək, onu polis maşınına mindirir. Bu zaman atasına kömək etmək istəyən azyaşlı da kobud rəftarla üzləşir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət bildirilib. Qurumdan deyilir ki, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır:

“Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışaraq, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  29 March 2021
Featured in:  
Shortlink:   http://mtv.re/qf64hk

Most Viewed