Sınıq körpü

Source: meydan tv

Caption: Sınıq körpü

Vətəndaş şikayət etdi, gömrük rəisi işdən çıxarıldı

Gömrük komitəsi vətəndaşa təşəkkür etdi

Mayın 17-də Meydan TV Türkiyə Respublikasından köçüb Azərbaycana gələn Xanım Şabanovanın şikayətini dərc etmişdi. O bildirirdi ki, ev və şəxsi əşyalarını Sınıq Körpü Gömrük Keçid Məntəqəsində saxlayıb, buraxmayıblar. Xanım iddia edirdi ki, əşyalarının gömrükdən keçirilməsi üçün ondan rüşvət istəyiblər. "Əşyalarımızı gömrükdə saxlayıb, rüşvət istəyirlər'' başlıqlı yazıda X. Şabanova dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət etdiyini, ancaq bir nəticənin olmadığını söyləyirdi. X. Şabanovanın əşyaları martın 21-dən bəri Sınıq Körpü Sərhəd Keçid Məntəqəsində saxlanır.

Mayın 20-də Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə Sınıq Körpü Sərhəd Keçid Məntəqəsinin rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub:

"Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların - ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zajo8j

Most Viewed