Source: Meydan TV

Vəkili Yunis Səfərovla görüşə buraxılmadığını deyir

“Vəkil onunla görüşmədən, vəziyyəti bilmədən necə müdafiə etsin?”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev onunla görüşmək üçün yanvarın 17-də Bakı İstintaq Təcridxanasına gedib. Lakin vəkili onunla görüşə buraxmayıblar. Bu barədə Meydan TV-yə Y.Səfərovun ailə üzvləri məlumat verib:

“Vəkilin əlində Yunisin hüquqlarını müdafiə etməsini sübut edən order var. Gəncə Ağır Cinayətlər Məhkəməsi də onu Yunisin vəkili kimi təsdiqləyib. Bu barədə mediada da çoxsaylı materiallar yayılıb. Amma yenə də Bakı İstintaq Təcridxanasında görüşməyə imkan verilməyib. Vəkil onunla görüşmədən, vəziyyəti bilmədən necə müdafiə etsin?”

Penitensiar Xidmət isə bildirilib ki, vəkillərin penitensiar müəssisələrdə saxlanılan şəxslərlə görüşünə heç bir problem yaradılmır.

On gün əvvəl Y.Səfərovun məhkəməsi başlayıb. O, Hamlet Abdullayev, Firudin Zeynalov, Cəfər Zalov, Mahir Əzizov və digər şəxslərlə birlikdə mühakimə olunur. Təqsirləndirilən şəxslərə qarşı 33 maddə ilə ittiham irəli sürülüb. Bu maddələrdə uzunmüddətli cəzalar, hətta ömürlük həbs də var.

Y.Səfərov məhkəmədə deyib ki, hüquqları pozulur, il yarımdır ki, görüş, telefon danışığı hüququ məhdudlaşdırılır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9s73cc

Most Viewed