Vəkil Elton Quliyev vəfat edib

Vəkil əsasən siyasi motivli işlərə çıxırdı

Source:

Vəkil əsasən siyasi motivli işlərə çıxırdı

Azərbaycanda tanınmış vəkillərdən olan Elton Quliyev dünyasını dəyişib. Bu barədə vəkil Adil İsmayılov öz Facebook səhifəsində məlumat yayıb.

1956-cı il təvəllüdlü Elton Quliyev uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub. “40 ildir hüquq qazanında qaynayıram” deyən vəkil əsasən siyasi motivli işlərə çıxırdı. O, sonuncu dəfə araşdırmaçı-jurnalist Xədicə İsmayılın hüquqlarını müdafiə edib.

Ana səhifəXəbərlərVəkil Elton Quliyev vəfat edib