Mingəçevirdəki avtobazalardan birinin qarşısında vaqon üçün 4 sot yer ayrılıb

Source: Meydan TV

Caption: Mingəçevirdəki avtobazalardan birinin qarşısında vaqon üçün 4 sot yer ayrılıb

Vaqonda yaşayan müəllimə: İnternetimiz yoxdur ki, onlayn dərslərə qoşulaq

Afayət Səfərova həm özünün, həm də məktəbli övladlarının onlayn dərslərə çətinliklə qoşulmasından şikayətlənir

“Çox böyük zülmlə balalarımı bir vaqona toplamışam. İndi bu vaqona internet xətti çəkilmir ki, mən şagirdlərimə onlayn dərs keçim”.

Bunu Meydan TV-yə Mingəçevir sakini Afayət Səfərova deyir.

Afayət xanım Mingəçevirdəki məktəblərdən birində ikinövbəli dərs cədvəli üzrə müəllimə işləyir. Ancaq yaşadığı yerdə internet xətti olmadığından həm məktəbli övladları, həm də özü onlayn dərslərə qoşulmaqda çətinlik çəkir. Onun sözlərinə görə, vaxtilə ailə həyatı qurub Mingəçevirdən Biləsuvara köçüb. Ərindən boşanandan sonra üç azyaşlı övladıyla kirayələrdə yaşayıb. Ancaq keçmiş həyat yoldaşı onu və azyaşlı övladlarını tez-tez narahat etdiyinə görə hər dəfə kirayə evlərdən də çıxmalı olub. Nəhayət, Mingəçevirə qayıdıb və kirayəhaqqı ödəməmək üçün köhnə bir vaqon alıb. Mingəçevir Şəhər İcra Hakimiyyəti əvvəl vaqon üçün yer ayırmayıb. Uzun-uzadı şikayətlərindən sonra Mingəçevirdəki avtobazalardan birinin qarşısında vaqon üçün 4 sot yer ayrılıb, torpaq sahəsinə görə vətəndaşa sənəd də verilib.

İnternet xətti olmadığından həm məktəbli övladları, həm də özü onlayn dərslərə qoşulmaqda çətinlik çəkir

İnternet xətti olmadığından həm məktəbli övladları, həm də özü onlayn dərslərə qoşulmaqda çətinlik çəkir

Source: Meydan TV

“Kiçik maaşla böyük kredit ödəyən müəlliməyəm”

“Torpaq sahəsinin rüsumuna, ərazini hasarlatmağa, qaz xətti çəkilməsinə, 9 kvadratlıq otaq tikməyə görə (otaq olmadan qaz xəttinin çəkilişinə qanunla icazə yoxdur) bankdan 6.500 manat kredit götürməli oldum. Kiçikhəcmli müəllim maaşımla uzun müddət həmin krediti ödəməliyəm. İndi əsas internet xəttinin olmamasıdır ki, həm məktəbli övladlarım, həm də özüm onlayn dərslərə qoşulmaqda əziyyət çəkirəm”, - şikayətçi deyir.

“İnternet yoxdur ki, qərarlardan xəbər tutum”

Afayət xanımın kiçik maaşla böyük həcmli kredit ödənişləri, təkbaşına böyütməkdə olan övladlarının dolanışığı var deyə, hər dəfə 50 manat verib internet paketi götürə bilmir. Nəticədə 6-cı, 4-cü və 2-ci sinifdə oxuyan üç qız övladının onlayn dərslərə qoşulmasına da əngəl yaradır:

Aran küçəsi 20-də yerləşən vaqon 20-yə telefon və internet çəkilişi mümkün deyil.

Aran küçəsi 20-də yerləşən vaqon 20-yə telefon və internet çəkilişi mümkün deyil.

Source: Meydan TV

“Ya gərək hər dəfə 50 manatlıq kontur yükləyib, internet paket götürüm ki, buna maddi imkanım yol vermir, ya da gərək uşaqları da götürüb, gedib onun-bunun evində onlayn dərslərə qoşulum. Bu da gündəlik bir iş olduğuna görə insanları davamlı narahat etmiş oluram. Aidiyyəti qurumlardan tutmuş prezidentədək hər yerə müraciət etmişəm... Mən müəlliməyəm, işim birbaşa internetlə əlaqəlidir. Qaldığım yerdə günün 24 saatı internet olmalıdır ki, həm dərs deyə, həm də təhsillə bağlı məlumatları, yenilikləri izləyə bilim. Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun...”

Mingəçevir Telekommunikasiya Qovşağından Meydan TV-yə bildirilib ki, Afayət Səfərovanın ərizəsi araşdırılıb. Məlum olub ki, yaşadığı Aran küçəsi 20-də yerləşən vaqon 20-yə telefon və internet çəkilişi mümkün deyil. Səbəb həmin ərazidə bunun üçün texniki şəraitin olmamasıdır.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, “Aztelekom” MMC-nin mütəxəssisləri tərəfindən şəhərin balansında olan bütün telefonlaşmamış ərazilərin eskiz layihələri hazırlanıb və 2023-cü ilədək Dövlət Proramına daxil edilib. Proqramın icrası zamanı qeyd olunan ünvanın da telefonlaşması təmin olunacaq.

2020-ci ilin mart-iyun aylarında pandemiya ilə əlaqədar olaraq ölkənin təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. Cari təhsil ilinin başlanğıcında ekspertlər təklif etmişdi ki, müəllimlər üçün internet pulsuz olsun.

"Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun...”

"Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun...”

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/slvljf

Most Viewed