Üzeyir Hacıbəylinin ev-muzeyi

Source: https://iticket.az/az/

Caption: Üzeyir Hacıbəylinin ev-muzeyi

Üzeyir Hacıbəylinin ev-muzeyi fəaliyyətini bərpa edib

"Hələ muzeyə gələn az olur”

Azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin Bakıda yerləşən ev-muzeyinin fəaliyyəti yenidən bərpa olunub.

Muzeydən Meydan TV-yə verilən məlumata görə, yanvarın 25-də etibarən muzey eksponatları ziyarətçilər üçün nümayişə açıqdır:

“Muzeydə ekspozisiyaların nümayişinə yanvarın 25-dən başlanılıb. Karantindən çıxdığımıza görə hələ muzeyə gələn az olur. Gün ərzində bir-iki nəfər ola, ya olmaya. Biletin qiyməti 2-3 manatdır. Şənbə-bazar günü işləmirik”.

Üzeyir Hacıbəylinin Bakıdakı еv-мuzeyi 1975-ci il, noyabrın 20-də açılıb. Muzey Şamil Əzizbəyov küçəsi (keçmiş Verxnaya Priutskaya, sonralar Кetsxoveli) еv 67-də yerləşir. Bəstəkar bu evdə 1915-1942-ci illər ərzində yaşayıb.

Muzeydə bəstəkarın zəngin həyat və yaradıcılığını əks etdirən materiallar və şəxsi əşyalar, əlyazmalar, qədim kitablar qorunur. Burada həmçinin Azərbaycanın görkəmli rəssamlarının və heykəltaraşlarının əsərlərindən ibarət nümunələr, xalçalar, milli musiqi alətləri və müxtəlif qiymətli hədiyyələr nümayiş olunur.

Muzeydə bəstəkarın yaradıcılığından əlavə onun məişətini əks etdirən ekspozisiyalar da var. Bu eksponatların bir çoxu 1992-ci il Birinci Qarabağ Müharibəsi zamanı bəstəkarın Şuşadakı ev- muzeyindən çıxarılaraq, Bakıya gətirilib. Mədəniyyət Nazirliyinin məlumatına görə, Üzeyir bəyin xatirəsini yaşadan dəyərli eksponatlar ev-muzeyinin bərpasındansonra Şuşaya aparılacaq (Üzeyir Hacıbəylinin şəxsi əşyaları Şuşadakı ev-muzeyinə qaytarılacaq - Meydan.TV).

Bakıdakı muzeydə şəxsi əşyaların Şuşadakı ev-muzeyinə geri qaytarılması ilə bağlı dəqiq məlumatın olmadığı bildirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/72u7de

Most Viewed