Source: Mədəniyyət Nazirliyinin saytı

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı başlayır

Festival çərçivəsində keçirilən tədbirlərə yalnız COVİD pasportu ilə giriş mümkün olacaq

Sentyabrın 18-də Azərbaycanda ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır.

Əsasən Bakıda təşkil olunacaq festival proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alacaq.

Festival çərçivəsində təşkil olunacaq konsertlərdən biri Şuşada keçiriləcək. Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Eyni zamanda, sayca XIII olan bu festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Builki festival çərçivəsində həmçinin ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.

Mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.

Festival sentyabrın 24-dək davam edəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/du9n73

Most Viewed