Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Source: arxiv

Caption: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

ÜST pandemiyanın həllini müzakirə edir

“Bu, düşünmək üçün vaxtdır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı günü deyib ki, COVID-19 pandemiyası və hökumətlərin cavabını müstəqil təşkil edilmiş paneldə müzakirə edəcək, - “Reuters” xəbər verir.

Yeni Zelandiyanın keçmiş Baş naziri Helen Klark (Clark) və Liberiyanın keçmiş Prezidenti Ellen Conson Sirlif (Johnson Sirleaf) panelə rəhbərlik etməyə razılıq verərək üzvlərini seçiblər. ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus qurumun 194 üzv ölkəsinin nümayəndələri ilə virtual görüş keçirdiyini deyib.

“Bu, düşünmək üçün vaxtdır”, - deyən Tedros ÜST-ə üzv ölkələrin may ayında yekdilliklə pandemiyaya qlobal cavabı qiymətləndirməyə çağırıb.

İki gün öncə Tedros çərşənbə axşamı koronavirusun yayılmasının sürətləndiyini və pandemiyanın pik nöqtəsinə demək olar ki, çatdığını demişdi.

“Altı aydan çoxdur ki, milli birlik və qlobal həmrəylik iddiası danılmazdır”,- o deyib.

Tedros qlobal ölümlərin səviyyəsinin aşağı düşməsinə baxmayaraq bir çox ölkədə əslində ölüm hallarının artdığını deyib.

Bu həftə ÜST nümayəndələri Çinə səfər edəcəklər. Səfərin əsas məqsədi virusun insanlara necə keçdiyini araşdırmaq olacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3ux9iu

Most Viewed