Hicran Abdullayeva: Evdə heç nə yoxdur

Source: Meydan TV

Caption: Hicran Abdullayeva: Evdə heç nə yoxdur

“Uşaqlar olmasa, özümü çoxdan öldürmüşdüm”

Article was updated on :  9 February 2021

İmişli sakini: “Bəxtimiz gətirdi, bu il məktəb olmadı”

“Bəxtin gətirmirsə, 10 dəfə də ailə qursan fərq etmir, alınmayacaq. Taleyinə təklik yazılıbsa, təksən, nə edirsən et, olmayacaq”.

Hicran Abdullayevanın 38 yaşı var. İmişlidə yaşayır. 2 dəfə ailə həyatı qurub, hər ikisindən ayrılıb. Evliliklərinin hərəsindən bir övladı var. Özünü günahkar sayır, deyir, doğru seçim edə bilməyib.

Bu gün isə ailə həyatından, seçimlərindən yox, həyatından, güzəranından gileylidir. Hicran deyir ki, bu gün 2 övladı ilə çox acınacaqlı, çətin şəraitdə yaşayır. Üstəlik, xəstədir, ciyərlərində problem var:

“İş üçün bir neçə dəfə İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin yanına getdim. Hər dəfəsində mənə 100-200 manat verib yola saldı. Dedi: “Get, nə vaxt iş olsa, yadımızdasan”. Ancaq mənə heç vaxt iş tapılmadı. Yenə də yaxşılığını unutmuram, verdiyi pullarla uşaqlarıma yemək almışdım. Vilyam müəllim çıxdı, yerinə başqası gəldi. Bu dəfə də getdim qəbula, iş istədim. Mənə İmişlinin “Dostluq” küçəsini süpürməyi tapşırdılar. Maaşım da ayda 240 manatdır”.

Hicran Abdullayeva deyir ki, 3 ay küçə süpürəndən sonra ona 1 aylıq əmək haqqı ödəyiblər. Əsas gətiriblər ki, müqaviləsi yeni bağlanıb:

Deyir, buna görə əlləri, ayaqları qabar bağlayır, göyərir və şişir.

Deyir, buna görə əlləri, ayaqları qabar bağlayır, göyərir və şişir.

Source: Meydan TV

“Burdan da pulumu kəsdilər, amma yenə də sağ olsun icra başçısı, mənə iş verdi. Baxmayaraq ki, verilən maaş dolanmağa yetmir. Uşaqların ikisi də məktəblidir. Paltar, dəftər, kitab, ayaqqabı, yemək, kommunal, özümün müalicəm, inanın, çatmır. Əvvəllər sosial yardım alırdım. Bu ildən onu da kəsdilər. Halbuki ən ehtiyaclı olan insanlardanam”.

Hicran Abdullayevanın ciyərləri xəstədir. Deyir, buna görə əlləri, ayaqları qabar bağlayır, göyərir və şişir. Ona daimi müalicə lazımdır. Amma bir dəfə edəndə, digərini edə bilmir, çünki çatdırmır:

“Əvvəlki kimi sosial yardım alsam, müalicəmi davam etdirərəm, maaşla da birtəhər dolanarıq. Biri düzələndə digəri əldən çıxmasa kaş. Amma bizdə belədir. Nə qədər çalışırsan, vəziyyətin düzəlmir, əksinə, geriləyə-geriləyə gedirsən. Arada düşünürəm ki, nə yaxşı bu ev var. Bibimdən dayıma qalmışdı, dayım da mənə bağışladı, yoxsa, 2 uşaqla küçələrdə yaşayırdım. Şəraitsizdir, amma buna da şükür”.

Hicran Abdullayevanın kiçik oğlu ibtidai sinifdə oxuyur. Deyir, dəftəri, qələmi, paltarı yoxdur. Soyuducusunda isə ancaq qonşuların verdiyi bir qaşıq tomat pastası və 1 banka mürəbbədən başqa bir şeyin olmadığını söyləyir:

"Şəraitsizdir, amma buna da şükür"

"Şəraitsizdir, amma buna da şükür"

Source: Meydan TV

“3 gündür evdə çörək yoxdur. Bu, nə deməkdir? Qonşuya dedim 50 qəpik ver, süd alım uşağa. Verdi, amma könülsüz. Gecə səhərə kimi boğublar məni elə bil. Uçuq-tökük hamamda su qızdırıb uşaqları birtəhər çimizdirirəm. Balalarım acdır, biri 4 ildən sonra əsgər gedəcək, amma indi necə yaşadığımla maraqlanan yoxdur. 2 dəfə iflic keçirmişəm. Vallah o səhər 6-da durub süpürgəçiliyə gedirəm ha, onu güclə edirəm, çətindir mənə. Amma başqa çarəm yoxdur”.

Hicran Abdullayeva ona verilən ünvanlı sosial yardımın niyə kəsildiyini bilmir. Deyir, bir bildiyi var, o da yaşamaqdan bezməsidir:

“Uşaqlar olmasa, özümü çoxdan öldürmüşdüm. Yazığım gəlir. Hələ balacam elə yaxşı oxuyur ki... 3-cü sinfə gedir. Ürəyim gəlmir məktəbdən çıxarım, amma ayaqqabısı, çantası, normal geyimi də yoxdur. Bəxtimiz gətirdi, bu il məktəb olmadı.Var əslində, kompüterlə dərs keçirlər. Bizdə isə kompüter yoxdur. Gələn il məktəbə göndərib-göndərməyəcəyimi də bilmirəm. Tək onu bilirəm ki, çətindir yaşamaq, çox çətin. Artıq dözə bilmirəm”.

“Əvvəlki kimi sosial yardım alsam, müalicəmi davam etdirərəm, maaşla da birtəhər dolanarıq"

“Əvvəlki kimi sosial yardım alsam, müalicəmi davam etdirərəm, maaşla da birtəhər dolanarıq"

Source: Meydan TV

Hicran Abdullayeva deyir ki, dövr də pisdir. Heç kimdə imkan yoxdur. Artıq qonşulara da ağız açmaq olmur:

“Uşağı bayaq göndərmişəm ki, get qonşudan çörək istə. İndi verəcəksə, yeyəcək. Çünki evdə heç nə yoxdur. Əlimdən tutan bir nəfərim də yoxdur. Məsələn, aylardır bizim evimizə ət girmir. Qurban bayramında qonşu gətirdi mənə ət, kartof, soğan, bir də yağ verdi ki, bişir ye. Verdiklərini bişirdim, çörək aldım. Elə sevindik ki...”

Hicran Abdullayevanın tələbi kəsilən sosial yardımının bərpasıdır. Deyir, yardım bərpa olsa, normal yaşaya bilərlər. Ən azı, ərzaq ehtiyacları olmaz.

"Gələn il məktəbə göndərib-göndərməyəcəyimi də bilmirəm".

"Gələn il məktəbə göndərib-göndərməyəcəyimi də bilmirəm".

Source: Meydan TV

Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən bildiriblər ki, yardım bir neçə illik ayrılır. Sonra gərək yenidən sənəd toplayıb, müraciət edəsən:

“Müraciət forması da onlayndır. Yəni bizlik nəsə yoxdur. Verilirsə, nazirlik təyin edir, kəsilirsə, yenə onlar qərar verir. Görünür, yardımın təyin olunduğu vaxt bitib, yenidən müraciət etmək lazımdır. Hər bir halda, başı çıxmırsa, müraciət etsin, kömək etməyə hazırıq”.

İmişli Rayon İcra Hakimiyyətindən isə Hicran Abdullayevanın 2 aylıq əmək haqqının niyə kəsilməsini araşdıracaqlarını bildiriblər.

"Artıq qonşulara da ağız açmaq olmur"

"Artıq qonşulara da ağız açmaq olmur"

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  9 February 2021
Featured in:  
Shortlink:   http://mtv.re/n1rxph

Most Viewed