Source: Orxan Əzim

Ukrayna Çernobılın yaxınlığındakı ərazinin UNESCO-nun siyahısına salınmasını istəyir

Article was updated on :  16 May 2021

Serialın nümayişindən sonra əraziyə gələn turistlərin sayı artıb

Ukrayna hökuməti Çernobıl Atom Elektrik Stansiyası reaktorunun partladığı otuz kilometrlik ərazini, həmçinin 1970-ci ildə salınan Pripyat şəhərindəki obyektləri UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmasını istəyir.

Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya Mirasları Komitəsi tərəfindən təyin olunub. Yaradılmasında məqsəd, dünyada olan mühüm obyektlərin qorunmasıdır.

Çernobıl Dünya Mədəniyyət Mirasları siyahısına salınması üçün öncə ölkənin mədəni, tarixi irsi kimi təsdiq olunmalıdır.

2019-cu ilin mayında ABŞ-ın “HBO” telekanalında yayımlanan beşhissəli “Çernobıl” serialı bütün dünyada böyük marağa səbəb olub. Rejissor Yohan Renkin tarixi dram janrında çəkdiyi film, 1986-ci il aprelin 26-da Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış nəticəsində baş verən faciədən bəhs edir. Serialın 30 faizi Kiyevdə, qalan hissələri isə Litvada çəkilib.

Ssenari müəllifi Kreyq Meyzi miniserialda Çernobıl faciəsi ilə yanaşı, dövrün mövcud hakimiyyətinin yalançı təbliğatını da göstərmək istəyib. Bunun üçün o, 2,5 il ərzində arxiv materiallarını toplayıb. Tarixi mənbələrlə yanaşı, həmçinin Ukrayna əsilli belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin sənədli nəsr janrında yazdığı “Çernobıl duaları. Gələcəyin xronikası” adlı kitabından istifadə edib.

Hazırda partlayış baş verən 4 saylı nüvə reaktorunun üzəri 360 min tonluq sarkofaqla örtülüb. Həmin əməliyyatda 129 nəfər Azərbaycan vətəndaşı da iştirak edib. Hadisə baş verən ilk aylarda isə qəza yerinə təxminən 7 min azərbaycanlı aparılıb. Ən son məlumatlara görə, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Onların 90 faizindən çoxuna əlillik statusu verilib. Hazırda kateqoriyasından asılı olaraq, əlillərə aylıq müavinət kimi 100-150 manat pul ödənilir.

Pandemiyadan öncə Çernobıla səyahət edən turistlərin sayının məhz serialın nümayişindən sonra 40 faiz artdığı bildirilir.

Alimlərin gəldiyi qənaətə görə, Çernobıl ərazisində tam təhlükəsiz şəraitdə yaşamaq üçün təqribən 20 min ilə ehtiyac var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/3r262i

Most Viewed