"Türkvizyon” Mahnı Müsabiqəsi

Source: Meydan TV

Caption: "Türkvizyon” Mahnı Müsabiqəsi

"Türkvizyon” Mahnı Müsabiqəsi gələn il Şuşada keçirilə bilər

Azərbaycan müsabiqədə 5-ci yeri tutub

Türk Dünyasının Mahnı Müsabiqəsi “Türkvizyon”un builki qalibi məlum olub.

Pandemiya ilə əlaqədar olaraq onlayn keçirilən yarışma 20-yə yaxın telekanalda canlı yayımlanıb. Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Polşa və digər ölkələrdən təmsilçilər iştirak ediblər. 26 ölkə və bölgənin təmsilçilərinin qatıldığı müsabiqənin qalibi ukraynalı Natalya Papazoğlu (2020 Türkvizyon Şarkı Yarışması Kazananı Ukrayna’dan Natalya Papazoğlu! – TürkVizyon) olub. İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yerə sahib olub.

Birinci yerin qalibinə 40.000, ikinciyə 24.000, üçüncü yeri tutan iştirakçıya 16.000 TL pul mükafatı təqdim olunub

Birinci yerin qalibinə 40.000, ikinciyə 24.000, üçüncü yeri tutan iştirakçıya 16.000 TL pul mükafatı təqdim olunub

Source: Meydan TV

Birinci yerin qalibinə 40.000, ikinciyə 24.000, üçüncü yeri tutan iştirakçıya 16.000 TL pul mükafatı təqdim olunub.

Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”in ifasına görə verilib.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9tlmhd

Most Viewed