Source: Reuters

Türkmənistan prezidenti öz oğlunu vitse-prezident təyin edib

Ölkə rəhbəri Baş nazirin müavinlərinin sayını artırıb

Bundan başqa, 39 yaşlı Sərdar Berdımuhamedov Ali Nəzarət Palatasının sədri olacaq və ölkənin Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil olacaq.

Prezidenti Qurbanqulu Berdımuhamedov 39 yaşlı oğlu Sərdarı vitse-prezident Ali Nəzarət Palatasının (maliyyə-iqtisadi məsələlər üzrə dövlət nəzarət orqanı) sədri təyin edib, həmçinin onu ölkənin Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil edib. Bu barədə “Turkmenportal” xəbər verir.

Ölkə rəhbəri bunun üçün Baş nazirin müavinlərinin sayını artırıb. Qərara görə, vəzifə “Nazirlər Kabinetinin gələcəkdə təkmilləşdirilməsi, həmçinin dövlət mülkiyyətinə, o cümlədən maliyyə vəsaitlərinin qayğı ilə xərclənməsinə və qanunvericiliyə uyğun olaraq onlarla keçiriləcək əməliyyatların icazəsinə nəzarətin gücləndirilməsi” məqsədilə təyin edilib, portal xəbər verir.

Prezident həmçinin xəbər verib ki, yeni vitse-prezidentin vəzifəsinə dövlət və ictimai quruluşu sisteminə – səhiyyə, təhsil, maliyyə və iqtisadiyyat sisteminə innovasiya texnologiyalarının tətbiqi və rəqəmsallaşdırıması daxil olacaq.Sərdar Berdımühamedov 2020-ci il fevralın 7-dən Türkmənistan sənaye və inşaat istehsalı naziri olub.

Onun yerinə bu qurumun nazir müavini olan Baymırat Annamammedov təyin edilib.Ata Berdımuhameddovun 63 yaşı var, o, 2007-ci ildən Türkmənistanın prezidentidir. 1991-ci ildən bu çağadək respublikaya Saparmrat Niyazov rəhbərlik edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5bzsza

Most Viewed