Türkiyə Rusiyadan raket əleyhinə müdafiə sistemi ala bilər

Ölkə bunun qarşılığında gözlənən ABŞ sanksiyalarına hazırlaşır

Source: Meydan TV


Ölkə bunun qarşılığında gözlənən ABŞ sanksiyalarına hazırlaşır

Türkiyənin müdafiə naziri Rusiyanın S-400 raket əleyhinə müdafiə sistemlərinin satın alınması ilə əlaqədar açıqlama verib. O, Ankaranın ABŞ-ın gözlənən sanksiyalarına hazırlaşdığını bəyan edib.

Məlumatı Azadlıq Radiosu yayıb.

Xəbərdə deyilir ki, Amerika Ankaraya Rusiya sistemlərini satın almaqdan imtina etməsini söyləyib. NATO müttəfiqləri isə ABŞ istehsalı olan F-35 döyüş təyyarələri üçün potensial təhlükədən narahatlıqlarını ifadə ediblər.

Vaşinqton Ankaraya xəbərdarlıq edib. Deyib ki, Türkiyə razılaşmadan geri addım atmazsa, ona maliyyə cərimələri tətbiq ediləcək.

Müdafiə naziri Hulusi Akar mayın 21-də jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqtonla son danışıqlar zamanı Ankara bu mövzu ilə bağlı "ümumi rahatlama və yaxınlaşma" görür. Əlavə edib ki, Türkiyə ABŞ sanksiyalarına qarşı "hazırlıqlar" görür və "bütün nüansları nəzərə alır".

Akar həmçinin qeyd edib ki, türk hərbi qulluqçuları S-400 raket əleyhinə müdafiə sistemini idarə etmək üçün təlim keçirlər.

Vaşinqton Ankaraya ABŞ-ın alternativ silahı olan Patriot raket əleyhinə müdafiə sistemini satma təklifini geri götürəcəyini deyib. Bildirib ki, Türkiyə bu addımıyla F-35 döyüş təyyarəsi proqramından çıxma riskini gözə alır.

Türkiyə NATO ölkəsi olaraq jet istehsalında iştirak edən konsorsiumun üzvüdür.

Ana səhifəDünyaTürkiyə Rusiyadan raket əleyhinə müdafiə sistemi ala bilər