Əziz Kərimov

Source: meydan tv

Caption: Əziz Kərimov

''Turan''-ın əməkdaşının akkreditasiya problemi həll olundu

UEFA-nın Əziz Kərimova verdiyi akkreditasiya təsdiq edilib

Bakıda mayın 29-da keçiriləcək Avropa Liqasının "Arsenal" - "Çelsi" oyununa məsul olan Azərbaycan Təşkilat Komitəsi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) "Turan" İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova verdiyi akkreditasiyanı təsdiq edib.

Agentliyin direktoruna bildiriblər ki, akkreditasiyadan imtina texniki səhvlə əlaqədar olub və bu səhv düzəldilib. Beləliklə, Əziz Kərimov mayın 29-da UEFA Avropa Liqasının final maçını işıqlandıracaq şəxslər arasına daxil edilib.

UEFA Ə.Kərimovu mayın 15-də akkreditə etdiyinə dair rəsmi bildiriş göndərib. Amma mayın 18-də qurum səbəbini izah etmədən Kərimova imtina yazıb. Elə həmin gün Kərimov UEFA-ya imtinanı izah etmək xahişi ilə sorğu göndərib. UEFA hüquq-mühafizə orqanlarının və yerli hakimiyyətin onun akkreditasiyasından imtina etdiyi cavabını verib.

Agentlik bununla bağlı xüsusi bəyanat yayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/54lpsz

Most Viewed