Tramp və Salih ABŞ qoşunlarının İraqda qalmasına razılaşıblar

İki prezident Davosda Dünya İqtisadi Forumu çərçivəsində bir araya gəlib.

Source: Foto: google.ru


“Prezident Tramp ABŞ-ın suveren, stabil və çiçəklənən İraqın varlığına sadiqliyini bir daha təkrarlayıb”

ABŞ Prezidenti Donald Tramp və onun iraqlı həmkarı Barham Salih bir araya gələrək, ABŞ hərbçilərinin ölkədə qalması ilə bağlı razılaşıblar, RFE/RL xəbər verir.

“Hər iki lider ABŞ-İraq iqtisadi və təhlükəsizlik tərəfdaşlığının, o cümlədən İslam Dövləti terror qruplaşmasına qarşı mübarizənin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər”,- Ağ Ev yanvar ayının 22-də İsveçrədə iki tərəfin görüşündən sonra bildirib.

“Prezident Tramp ABŞ-ın suveren, stabil və çiçəklənən İraqın varlığına sadiqliyini bir daha təkrarlayıb”.

İki prezident Davosda Dünya İqtisadi Forumu çərçivəsində bir araya gəlib. Bu, hər iki lider ABŞ-ın Bağdadda İranın ən mühüm komandiri olan general-mayor Qasım Süleymanini öldürməsindən sonra bir araya gəlib. Süleymaninin ölümü İraq siyasətçilərinin qəzəbinə və ölkə parlamentinin ABŞ qoşunlarını ölkədən çıxarmağa səsləməsinə səbəb olub.

Görüşdən əvvəl Saleh deyib ki, Vaşinqton və Bağdad davamlı əlaqələrə sahibdir və ABŞ İslam Dövlətinə qarşı müharibədə İraqın tərəfdaşdır.

O, daha sonra Trampa deyib: “Bu missiyanı yerinə yetirmək lazımdır. Mən sizə inanıram və eyni missiyanı sabit və suveren, o cümlədən öz içində və qonşuları ilə barışıq içində yaşayan İraq üçün bölüşürəm”.

2003-cü ildə Səddam Hüseynin devrilməsiylə nəticələnən ABŞ-ın hücumundan bəri İraq Vaşinqton və Tehranla münasibətləri nizama salmağa çalışır.

İraq və Suriyadakı beynəlxalq anti-İslam Dövləti koalisiyasının 2 nömrəli komandiri, ABŞ-ın general-mayoru Aleksus Qrinkeviç (Alexus Grynkewich) ekstremist qrupun zəiflədiyini, lakin ABŞ-ın İraqdan çıxacağı təqdirdə bir canlanma ola biləcəyini söyləyib.

O, Pentaqon mətbuat konfransında çıxışı zamanı deyib ki, ekstremistlər hələ də təhlükə olaraq qalır. “Əgər təzyiqləri azaltsaq, onların yenidən canlanma potensialı var”, – o deyib. Eyni zamanda o deyib ki, dərhal geri qayıtmaq təhlükəsi görmür.

“Ancaq biz təzyiqləri nə qədər azaltsaq, bu təhlükə o qədər də artmağa davam edəcək”,- o bildirib.

Ana səhifəDünyaTramp və Salih ABŞ qoşunlarının İraqda qalmasına razılaşıblar