Source: Google

Tramp Talibana zərbə endirəcəyinə söz verib

Article was updated on :  13 September 2019

Prezident militanlara çağırış edərək onlara bir daha ABŞ-a hücum etməmələri barədə xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp 2001-ci il 11 sentyabr terror aktının 18-ci ildönümündə çıxış edərək Talibana hər zamankından daha ağır zərbə endiriləcəyinə söz verib, - RFE/RL xəbər verir.

Tramp Pentaqonda çıxış edərək 11 sentyabr hücumu zamanı həlak olan 3000-ə yaxın insanın xatirəsini yad edib. Çıxışdan bir neçə gün öncə Tramp Talibanla sülh danışıqlarının “öldüyünü” elan etmişdi.

“Son dörd gündə ABŞ qüvvələri düşmənimizi əvvəllər vurduğundan daha ağır zərbələrlə vurub və bu davam edəcək,” - Tramp deyib.

Prezident militanlara çağırış edərək onlara bir daha ABŞ-a hücum etməmələri barədə xəbərdarlıq edib.

“Əks halda onlar bundan sonra başlarına gələcəklərdən xəbərdar deyillər,”- Tramp deyib. O həmçinin bildirib ki, nüvə silahından istifadəni nəzərdə tutmur.

Trampın çıxışı ilə eyni zamanda 2001-ci ildə ABŞ torpaqlarına terror hücumlarını həyata keçirən Əl-Qaidə terror şəbəkəsinin lideri Ayman əl-Zəvahiri (Ayman al-Zawahiri) çıxış edərək, “İsrail, Amerika, İngiltərə, Fransa, Rusiya və digər Avropa müttəfiqlərinin maraqlarına hücum,” çağırışı edib.

2011-ci ildə qruplaşmanın lideri Osama bin Laden ABŞ-ın Pakistandakı xüsusi təyinatlıları tərəfindən öldürüldükdən sonra Zəvahiri əl-Qaidənin başçısı olaraq seçilib.

Sentyabrın 11-də etdiyi açıqlamada Tramp keçən həftə bir ABŞ əsgəri və 11 nəfərin ölümünə səbəb olan Kabuldakı hücumdan sonra Talibanla sülh danışıqlarını dayandırdığını bir daha təkrarlayıb.

18 illik müharibəni dayandırmaq üçün Qətərdə Talibanla keçirilmiş doqquz görüşmədən sonra ABŞ-ın sülh elçisi Zalmay Xəlilzad militanlarla “prinsipcə” razılığa gəldiyini demişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/mxi4nv

Most Viewed