D.Tramp

Source: Reuters

Caption: D.Tramp

Tramp seçkilərin təxirə salınmasını istəyib

“İnsanlar düzgün və etibarlı səs verənədək seçkini təxirə salın”

ABŞ Prezidenti Donald Tramp seçkilərin noyabrın 3-nə təxirə salınmasını istəyib, - BBC xəbər verir.

Donald Tramp öz “Twitter” hesabında yazıb ki, hazırkı şərtlərdə səsvermənin keçirilməsi ilə 2020 seçkiləri ABŞ tarixində ən səhv və saxta seçkilər olacaq.

Bunun ABŞ üçün çox böyük utanc olacağını bildirən Tramp deyib:

“İnsanlar düzgün və etibarlı səs verənədək seçkini təxirə salın”.

ABŞ-ın bir çox ştatı koronavirusun yayılması səbəbilə poçtla səsvermə edərək seçkiləri asanlaşdırmaq istəyir.

Bu ayın əvvəlində altı ştat (Kaliforniya, Utah, Havay, Kolorado, Oregon və Vaşinqton) səslərin poçtla veriləcəyini planlaşdırdıqlarını açıqlayıb.

Hazırda ölkədə təxminən 50 ştat poçt vasitəsilə səsverməyə icazə verir.

Tramp uzun müddətdir ki, seçkilərdə poçtla səs verməyə qarşıdır və bunun hiylə ehtimalını artıracağını söyləyir. Ancaq o, bu iddianı sübut edə bilməyib.

ABŞ-da həm prezident, həm də konqres seçkiləri 3 noyabrda keçiriləcək.

ABŞ-da seçkilər ancaq konqresin qərarıyla təxirə salınır. Konqresdə çoxluq Senatda respublikaçılardadır. Nümayəndələr Palatasında isə demokratlar çoxluq təşkil edir. Bu səbəbdən Trampın tələbinə baxmayaraq, ABŞ-da seçkilərin gecikdirilməsi mümkün görünmür, - BBC deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fuwygg

Most Viewed