Sevil Hacıyeva və İsmayıl Hüseynov

Source: Meydan TV

Caption: Sevil Hacıyeva və İsmayıl Hüseynov

Tovuz sakini: Vəkil bizi aldadıb müflis elədi, oğlumla saxta nikah bağladı...

Article was updated on :  30 April 2021

Keçmiş nazirin bacanağı dələduzluq nəticəsində müflis olduqlarını deyir

Tovuz rayonunun Qovlar qəsəbəsinin sakini İsmayıl Hüseynov uzun illərdir fermer təsərrüfatıyla məşğuldur. Deyir ki, illərlə çalışıb qazandıqlarını, ailəsinin əmlaklarını dələduzluq nəticəsində itirib.

Sabiq nazir müavininin də adı hallanırdı

İsmayıl Hüseynovun iki oğlu – Emin və Rahib Hüseynovlar həbsdədir. İddia edir ki, onu və ailəsini də elə oğlanlarının hüquqlarını müdafiə edən vəkil Sevil Hacıyeva aldadıb.

İsmayıl Hüseynov 2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-2017-ci illərdə isə Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun bacanağıdır. Arif Əsgərov Dəmir Yoluna rəhbərlik etdiyi dövrdə baldızı oğlu Rahib Hüseynov bu qurumun marketinq və satış idarəsinin müdiri işləyib. Sonradan qardaşlar birgə biznes adıyla müxtəlif şəxslərdən, o cümlədən bir sıra məmurların övladlarından pul alıb onları aldatmaqda ittiham edilərək, hər biri 9 il azadlıqdan məhrum edilib. İddiaya görə, onlar xaricdən dəmir yoluna aid malları ucuz alıb, Azərbaycanda bu quruma daha baha qiymətə satıb qazanc əldə etməklə bağlı vəd veriblər. Söhbət milyonlarla manatdan gedirdi. Amma Emin və Rahib Hüseynovların hər ikisi baş verənlərə görə xalalarının oğlu Elnar Əsgərovu günahlandırırdılar. Deyirdilər ki, həmin məmur övladlarıyla Elnar Əsgərov tanış olub, pulları da o alıb. Onlar isə Elnarın dediklərinə əməl edib, harasa gedib-gəliblər. İddia edirdilər ki, Arif Əsgərov pulu və nüfuzundan istifadə edərək, oğlunu məsuliyyətdən kənarda saxlatdırıb.

“Dedi ki, formal nikah bağlamaqla məsələni həll eləyə bilər”

Həmin məhkəmə proseslərində Hüseynov qardaşlarının hüquqlarını vəkil Sevil Hacıyeva müdafiə edib: “Hələ istintaq vaxtı 4 saylı vəkil bürosunda Sevil Hacıyeva ilə müqavilə bağladıq. 2016-cı ilin sentyabrından nağd və köçürmə yolu ilə birlikdə ümumilikdə 207 min 104 manat pul alıb. Övladlarım ayrı-ayrılıqda mühakimə olunurdu. Birinci Eminə 9 il həbs cəzası veriləndə mən Sevil Hacıyevadan şübhələndim. Bizi inandırmışdı ki, ziyanın bir hissəsi ödənilsə, uşaqlarım həbs olunmayacaq. Bu adla da mənə məxsus “Arsenal” şirkətinin maşınını, kənd təsərrüfatı texnikasını, yoldaşımın zinət əşyalarını aldı. Dedi ki, bizim üçün bankdan 500 min manat pul götürə bilər, şərtləri razılaşdırıb. Amma mənim yaşımın çoxluğunu əsas gətirib, evi və şirkəti oğlum Rahibin adına keçirməyimi istədi. Elədim. Rahib də məhkumluğuna görə kredit götürə bilməyəndə bizə dedi ki, oğlumla formal nikah bağlamaqla məsələni həll eləyə bilər”.

“Verdiyimiz pulların qəbzləri bizdədir”

İsmayıl Hüseynovun sözlərinə görə, özü də, oğlu da vəkilə inanıb və Rahib Hüseynov müdafiəçi ilə rəsmi nikah bağlayıb. Gəncədəki “Asan Xidmət”də əmlaklar Sevil Hacıyevanın adına keçirilib.

“Sonradan kredit məsələsinin yalan olduğu ortaya çıxdı. Əmlaklarımı istəyəndə dedi ki, Rahib və Eminin istintaq dövründə ev dustaqlığına buraxılması üçün özündən 100 min manat pul vermişəm. Ümumilikdə 470 min manat pul və əmlakımızı ələ keçirib. Ona verdiyimiz pulların qəbzləri bizdədir. Sən demə, zərərçəkmiş tərəflərə də bir manat pul verməyib, bizi aldadıb. Oğlumdan 10 yaş böyükdür. Bizi aldadıb müflis elədi...”, - İsmayıl Hüseynov belə deyir.

Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunması, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqsədlə prokurorluğa da şikayət edib.

Vəkillər Kollegiyası: “Onun vəkillik fəaliyyəti dayandırılıb”

Meydan TV ünvanına səslənən ittihamlara münasibət öyrənmək üçün Sevil Hacıyeva ilə əlaqə saxlamağa çalışsa da, cəhdlər nəticə verməyib. Məlum olub ki, o, istifadəsində olmuş mobil telefon nömrələrini artıq işlətmir.

Vəkillər Kollegiyasından isə Meydan TV-yə bildirilib ki, Sevil Hüseynovanın vəkil fəaliyyəti adı altında vətəndaşları aldatması haqda bu quruma da şikayət daxil olub. Həmin şikayətlər İntizam Komissiyası tərəfindən araşdırılıb və bir müddət əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti Sevil Hacıyevanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib: “Vəkillər Kollegiyası onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün artıq məhkəməyə müraciət edib”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  30 April 2021
Featured in:  
Shortlink:   http://mtv.re/ob0hj1

Most Viewed