Tonoyan: Ermənistanın Müdafiə Nazirliyi ilə Azərbaycan tərəfi telefon əlaqəsi saxlayır

”Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”

Source:


”Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”

“Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”.


“Armeniasputnik.am”

yazır ki, bunu Ermənistan müdafiə naziri David Tonoyan noyabrın 6-da parlametdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, indi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var:

“Biz qoşunların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”.

“Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”- deputatın sualına nazir belə cavab verib:

“Çox konstruktiv reaksiya verir”,-Tonoyan cavab verib. Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır:

“Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyi də bizimlə əlaqə saxlayır. Şəxsən mənimlə yox, amma nazirliklə. Yenə də konstruktiv şəkildə”.

D.Tonoyan xatırladıb ki, təmas xəttində gərginlik Düşənbədə Baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

Amma nazir Nikol Paşinyanla İlham Əliyev arasında birbaşa telefon rabitəsinin hələ olmadığını bildirib.

Müdafiə Nazirliyindən

“virtualaz.org”

-a bildiriblər ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil:

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

“Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”.

Hərbi ekspert Üzeyir Cəfərov Meydan TV-yə bildirib ki, nazirlər prezidentlərin göstərişlərini yerinə yetirir. Ola bilər Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında razılaşdırlıb ki, gərginliyin səngiməsi üçün belə bir addım atsınlar.

Ancaq Üzeyir Cəfərov hesab edir ki, birbaşa operativ əlaqə daha çox Rusiyanın təşəbbüsüdür:

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

“Bu əlaqə siyasi və hərbi səviyyədə yaradılıb. Ona görə belə bir əlaqənin mənfi və müsbət tərəfini rəsmilər açıqlaya bilər. Amma ərazilərimizi işğal edən ölkədən hansı ədaləti gözləmək olar? Hesab edirəm ki, Ermənistan vaxt qazanmaq üçün növbəti hiyləgərlik edir və məqsədləri danışıqlar prosesini uzatmaqdır. Bununla belə, Ermənistan yenə atəşkəsi pozur. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyi konkret vaxt qoymalıdır ki, əgər Ermənistan əraziləri qaytarmasa, əraziləri azad etmək üçün addımlar atacaq”.

Azərbaycan prezidenti İlham Əliyevlə rabitə əlaqəsinin qurulduğu haqda bugünlərdə Nikol Paşinyan bildirmişdi. N.Paşinyan demişdi ki, lazım olan məqamda informasiya yarım saat ərzində Azərbaycan prezidentinə və ya ona çatdırılır. Lakin Paşinyan rabitə kanalının hansı struktur üzərindən qurulduğunu açıqlamamışdı.

Ana səhifəXəbərlərTonoyan: Ermənistanın Müdafiə Nazirliyi ilə Azərbaycan tərəfi telefon əlaqəsi saxlayır