Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələr

Source: Meydan.TV

Caption: Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələr

“Tərtər məhbusu”: Bizi butulka, hətta boru ilə zorlayırdılar

Article was updated on :  19 May 2019

“Azərbaycanda hüquq-mühafizə orqanlarında vətəndaşlara verilən işgəncələrlə bağlı şikayətlər araşdırılmadıqca, belə halların sayı da artır”.

Bu fikir mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələrdə səslənib.

Komitənin təsisçilərindən hüquq müdafiəçisi Oqtay Gülalıyev son vaxtlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə, Baş Prokurorluğa çağırılmasını xatırladaraq bildirib ki, ondan işgəncə və bunun nəticəsində baş vermiş ölüm hallarıyla bağlı məlumatları yaymamaq tələb olunur:

Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələr

Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi ictimai dinləmələr

Source: Meydan.TV

“Tələb edirlər ki, bu problemlərin ictimailəşdirilməsini dayandıraq. Biz də dayandırmaq istəyirik, amma bunun üçün öncə repressiyalar, işgəncələr dayandırılmalıdır. İşgəncə nəticəsində övladlarını itirmiş anaların göz yaşının dinməsi üçün obyektiv araşdırma aparılmalı, günahkarlar cəzalandırılmalıdır. Bizim də istədiyimiz budur ki, Azərbaycanda işgəncə olmasın, günahsız insanlar həbs edilməsin, sübutsuz-dəlilsiz günahkar elan edilib öldürülməsin. Eləsi var ki, öldürülüb, 10 aydır nəşi də ailəsinə verilmir. Söhbət Gəncə hadisələrində ittiham olunan Ağa Sərxanidən gedir. Həyat yoldaşı onun nəşini tələb edir. Buna görə qadına olmazın təzyiqini edirlər, övladıyla hədələyirlər”.

Toplantıda 2015-ci ildə Nardaran, 2017-ci ildə Tərtər, 2018-ci ildə Gəncə hadisələri zamanı həbs olunan, öldürülən şəxslərin yaxınları da iştirak edib. Onlardan Bərdə sakini Seymur Əhmədov oğlu Müşfiqin məktubunu səsləndirib. Müşfiq Əhmədli Tərtər hadisələri zamanı həbs olunub, dövlətə xəyanətdə - ermənilərə casusluqda təqsirləndirilərək, 16 il azadlıqdan məhrum edilib. Amma M.Əhmədli günahsız olduğunu, törətmədiyi cinayəti etiraf etməsi üçün həm özü, həm də o iş üzrə həbs olunan digər şəxslərin işgəncələrə məruz qaldığını deyir:

“Xüsusən bədənimizin sinir sistemi olan hissələrinə cərəyan verir, butulka, hətta boru ilə zorlayırdılar. Belə vəhşiliyi təsəvvür edirsiniz?”

M.Əhmədli hesab edir ki, dövlət başçısına bu iş barədə yanlış informasiya çatdırırlar. O, hərbi prokuror Xanlar Vəliyevi, onun müavinini və digər məsul şəxsləri ittiham edir: “Cənab prezident, xahiş və tələb edirəm, insani və konstitusion hüquqlarım bərpa olunsun. Prezident ona məlumat çatdıranlardan obyektiv məlumatlar tələb etsin, görüntülər istəsin. Diqqət yetirin, bizdə olduğu qədər hansı ölkədə dövlətə xəyanət ittihamıyla həbs olunan var? İnanın, onların əksəriyyəti günahsızdır”.

Hərbi xidmətdə oğlunu itirmiş Rəxşanə Mustafayeva övladı Rəzi Mustafalının öldürüldüyünü, ancaq intihar kimi rəsmiləşdirildiyini bildirir. Onun sözlərinə görə, övladı heç hərbi xidmətə yararlı deyildi, sağlamlığında, o cümlədən gözündə problem vardı, eynəkdən istifadə edirdi: “Buna baxmayaraq, oğlumu ön cəbhəyə göndərmişdilər. Oğlumu hərbi xidmətə yararsız olduğu halda, kiminsə yerinə apardılar. Əvvəl dedilər ki, bir güllə ilə özünü vurub. Meyiti açıb baxanda gördüm ki, iki güllədir, özü də arxadan vurulub. Vətənini sevən bir övladı arxadan necə vurub öldürmək olar?”

R.Mustafayeva deyir ki, oğlunun ölümünü ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atırlar, hətta onu təhdid edirlər.

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov

Source: Meydan.tv

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov də ictimai dinləmələrdə çıxış edib. Deyib ki, özü də 14 gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalıb. Dövlət orqanlarının insanlara verilən işgəncəyə, bu barədə şikayətlərə biganəliyindən danışan ilahiyyatçı hesab edir ki, əsas çıxış yolu ədalətli məhkəmə sisteminin yaradılmasıdır.

“Analar işgəncə haqda məlumatlara biganə qalmamalıdır. Kiminsə övladının başına gəlməyibsə, o demək deyil ki, olmayacaq. Ölkədə bu problem varsa, deməli, heç kimin övladı bundan sığortalanmayıb”, - deyə E.Qasımov bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli

Source: Meydan.TV

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, bu gün işgəncə Azərbaycanda hüquq-mühafizə sisteminin ayrılmaz atributuna çevrilib:

“Bu, bir polisə, bir müstəntiqə aid əməl deyil. Sistemin doğurduğu fəlakətdir. Bu gün Azərbaycanın hüquq-mühafizə orqanlarında işgəncə laboratoriyaları var, görünməmiş cəza metodlarından istifadə olunur. Hətta ötən əsrin 30-cu illərində belə, belə qəddar metodlardan istifadə olunmayıb. Görünür, bunlar tarixdən də dərs çıxarmırlar. İstənilən adamı tutub öldürüb, adını “terrorçu” qoyurlar. Belə dövlət, belə dövlətçilik olmaz”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  19 May 2019
Featured in:  
Shortlink:   http://mtv.re/89yej9

Most Viewed