Cəlil Zabidov

Source: Foto: Meydan TV

Caption: Cəlil Zabidov

Tənqidi videolar yayan kənd müəllimi həbs olunub

Article was updated on :  22 May 2020

Cəlil Zabidov deyir ki, əvvəlcə icra başçısından şirnikləndirici təkliflər alıb

Fevralın 9-da keçirilən parlament seçkiləri zaman 72 saylı Yardımlı-Masallı seçki dairəsinin 1 saylı məntəqəsində baş verənlər haqda videoları ictimailəşdirən müəllim həbs olunub. Yardımlı rayonunun Dəlləkli kəndindəki orta məktəbin bədən tərbiyəsi müəllimi olan Cəlil Zabidova 5 ay həbs cəzası verilib. Yardımlı Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, 35 yaşlı Cəlil Zabidov xuliqanlıqda təqsirli bilinib. C.Zavidov həm də D18 Hərəkatının üzvüdür.

"Seçkidəki saxtakarlıqları yaymışdım"

Mayın 21-də məhkəmə hökm elan olunmamışdan öncə Meydan TV-yə danışan C.Zabidov deyir ki, bu cinayət işi seçkidən dərhal sonra başlanmışdı. Onun sözlərinə görə, xeyli vaxt idi ki, Yardımlıdakı sosial problemləri, korrupsiya hallarını sosial şəbəkələrdə, müxtəlif saytlarda paylaşırdı. Elə buna görə də rayon rəhbərliyi, şəxsən Yardımlının icra başçısı Ayaz Əsgərov özü ona qarşı qərəli idi:

“Mən seçkidə müstəqil müşahidəçi idim. Açıq-aşkar Musa Qasımlının xeyrinə saxtakarlıq edirdilər. Mən bu faktları çəkib yaydım, orada etirazımı da bildirdim. Buna görə komissiya üzvləri məni təhqir elədilər, vurdular. Bunun da videosu yayılıb. Seçki günü olanlarla kifayətlənmədilər. Ertəsi gün məntəqə seçki komissiyasında olanlardan Hamlet Əməşov məni döyüb, qolumu sındırdı. Əvvəl həm onun, həm də mənim haqqımda cinayət işi başladılar. Mənim qolumun sınmasına görə ona daha ağır ittiham vermişdilər. Amma bir qədər sonra onun haqqındakı işi bağladılar, sanki mənim qolum sınmamışdı. O, çevrilib zərərçəkmiş oldu...”

"Geri çəkilsəm, cinayət işi də bağlanacaq, torpaq da veriləcək"

Fəal vətəndaş mövqeyinə görə təqiblərlə üzləşdiyini deyən C.Zabidov bu haqda dəfələrlə Prezidentə, Ombudsmana, Baş Prokurora və s. məktublar yazdığını vurğulayır. Deyir ki, bu məktublarına əhəmiyyət verilmir. Ancaq Ali Məhkəməyə şikayətinə cavab alıb: “Yardımlı rayon prokuroruna nə qədər yazmışam, heç bir cavab yoxdur. Təzə Baş prokurora da yazdım ki, bəlkə o, bir çarə eləyər? Ondan da səs çıxmadı...”

İddia ərizəsi

İddia ərizəsi

Source: Meydan TV

Üç azyaşlı uşaq atası olan kənd müəllimi tənqidlərə son qoyacağı halda, ona yaxşı şərait yaradılacağı haqda təkliflər aldığını da qeyd edir. Onun sözlərinə görə, icra başçısının müavini səviyyəsində ona belə təklif olunub: “Onu icra başçısı göndərmişdi. Dedi ki, geri çəkilsəm, cinayət işi də bağlanacaq, əlavə torpaq da veriləcək, normal şəraitin olacaq. Razılaşmadım. Mənə xəbərdarlıq elədilər ki, “əgər razılaşmasan, günün qara olacaq”. Dediklərini də elədilər. Ümumiyyətlə, rayonda kim ağzını açırsa, hüquq-mühafizə orqanlarının əliylə susdururlar. Bunlar rayonu belə idarə edirlər. Deyirlər, biz nə istəyirik eləyək, siz özünüzü karlığa, korluğa qoyun...”

Hökmdən əvvəl prokuror C.Zabidova 1 il həbs cəzası verilməsini təklif edib. Amma özü deyir ki, məhkəmədə ona qarşı ittiham təsdiqini tapmayıb:

“Əksinə, mənə qarşı bu işi sifarişlə düzüb-qoşduqları sübut olundu. Altı nəfər öyrədilmiş şahid vardı. Guya bunlar mənim Hamleti vurmağımı görmüşdü. Hamısı da bir-birinə zidd danışırdı. Çünki yalan deyirdilər”.

İcra başçısının müavini 15 min manat tələb edir

C.Zabidov artıq həbsdədir. Amma ona qarşı başqa bir məhkəmə çəkişməsi də var. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev onu məhkəməyə verib, 15 min manat təzminat tələb edir.

C.Zabidov bir müddət öncə müxtəlif internet kanallarında Heydər Əliyev Fondunun Yardımlıda uşaq bağçasına ayırdığı vəsaitlərin mənimsənilməsi haqda material paylaşıb.

İcra başçısının müavini Mahir Mirzəyev isə deyir ki, onun yaydığı məlumatlar yalandır. M.Mirzəyevin sözlərinə görə, C.Zabidov onun və başqa məmurların haqqında böhtanlar yaymaqla, onları gözdən salmağa çalışır.

M.Mirzəyev onu da əlavə edib ki, məhkəmədə C.Zabidovdan tələb etdiyi vəsaiti uşaq bağçasının hesabına köçürəcək.

İddia ərizəsi

İddia ərizəsi

Source: Foto: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  22 May 2020
Featured in:  
Shortlink:   http://mtv.re/j8qurf

Most Viewed