75 yaşlı Əsmər Abbasova

Source: Meydan TV

Caption: 75 yaşlı Əsmər Abbasova

Tənha yaşayan qadın: Ümidim İlham Əliyevədir

“İcra hakimiyyəti deyir, təbii fəlakətdən qəzalı vəziyyətə düşən evini özün düzəltməlisən”

“Bu qışdan salamat çıxacam, ya yox, bilmirəm. Hər gün ümidim kəsilir. Ölməkdən qorxmuram, bu yaşda daş-kəsəyin altında qalmaqdan, o dəhşəti yaşamaqdandır qorxum...”

İsmayıllının Basqal qəsəbəsində yaşayan 75 yaşlı Əsmər Abbasovanı belə ümidsizləşdirən qəzalı eviylə bağlı aidiyyəti qurumlara yazdığı məktubların cavabsız qalmasıdır.

İki il əvvəl baş vermiş zəlzələ nəticəsində Əsmər Abbasovanın evi qəzalı vəziyyətə düşüb. O, iki il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Komissiyasına, ölkə başçısına, vitse-prezidentə müraciətlər edib. Hər dəfə bir bəhanə gətirilib. Deyir, rayon mərkəzinin abadlıq işlərinə milyonlarla vəsait ayrılır, sadə vətəndaşların təbii fəlakətdən dağılan ev-eşiklərinə isə əl gəzdirən yoxdur.

“Dedilər, zirzəmiyə girmə, qorxuludur”

“Zəlzələdən sonra bircə dəfə gəldilər, evə baxış keçirdilər, gedəndə dedilər, nənə, zirzəmiyə girmə, qorxuludur, dağılar, qalarsan altında... Elə bunu deyib getdilər, sonra nənəni yada salmadılar. Evin dam örtüyü günbəgün aşağı yatır. Döşəmədə qorxa-qorxa yeriyirəm”.

Qadın tək yaşayır. Ailəsi, övladı yoxdur. Onu qorxudan həm də budur ki, qalar daş-kəsəyin altında, xəbər tutanı da olmaz. Əsmər xanım sözünə davam edir:

“Səksəkə içərisində yaşayıram. Əsas da gecələri qorxuram. Hər gecə yatmamışdan Allaha yalvarıram, deyirəm, məni bu gecədən də salamat çıxar, daşın-kəsəyin altında qalmayım. Qorxuram, bu ev üstümə dağılsa, sümüyüm də ələ gəlməz. Belə dəhşətli ölüm yaşamaq istəmirəm”.

“Gümanım ölkə başçısınadır”

Əsmər Abbasovanın İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına və aidiyyəti üzrə başqa qurumlara, Prezidentə, vitse-prezidentə saysız-hesabsız məktub və teleqramları var. Ancaq bu məktub və teleqramların bir qisminə gələn cavabda ümidverici heç nə yoxdur, bir qismi isə ümumiyyətlə, cavabsız qalıb. Əsmər xanım deyir, son ümidi ölkə başçısı İlham Əliyevədir:

“Gümanım bircə ölkə başçısına, bir də Mehriban Əliyevayadır. Aldığım pensiyayla ev tikəsi deyiləm, çörəyimə dərmanına zorla çatır. Bu yaşdan sonra küçədə qalası da deyiləm, bunun bir çarəsi olmalıdır axı... Neçə dəfə ayağım döşəmənin taxtalarının arasına düşüb, ağrı çəkə-çəkə qalmışam. Deşiklərdən evə ilan, qurd-quş girir. Axı bu ahıl yaşda mən bunları niyə yaşamalıyam? Yəni mənim daxmamı əsaslı təmir etməyə bu boyda hökumətdə pul olmadı?”.

İsmayıllı Rayon İcra Hakimiyyətinin I müavini Rövşən Ağayevin Əsmər Abbasovaya cavabı

İsmayıllı Rayon İcra Hakimiyyətinin I müavini Rövşən Ağayevin Əsmər Abbasovaya cavabı

Source: Meydan TV

Qurum yazıb ki, evi vətəndaş özü düzəltməlidir

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Əsmər xanıma göndərdiyi 27 avqust 2019-cu il tarixli məktubda qeyd edib ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş evlərə baxış keçirilməsi üçün siyahını rayon icra hakimiyyətləri tutub Nazirliyə təqdim edir. Fövqəladə Hallar Komissiyası da həmin siyahı üzrə evlərə baxış keçirir. Vətəndaşa tövsiyə edib ki, qəzalı evinin siyahıya alınması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etsin. Bundan təxminən 20 gün sonra eyni qurum vətəndaşa göndərdiyi məktubda qeyd edib ki, qəzalı tikililərə icra hakimiyyətlərinin təqdim etdiyi siyahılar əsasında baxış keçirilib və bu proses yekunlaşdığı üçün onun evinə baxış keçirilməsi mümkün deyil.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Fövqəladə Hallar Komissiyasının üzvləri Əsmər Abbasovanın evinə baxış keçiriblər, ancaq tikilinin köhnə olduğunu müəyyən ediblər, tikilidəki zədələri zəlzələ ilə əlaqələndirmədikləri üçün evdə bərpa-təmir işləri aparılmayıb. Ancaq bir müddət əvvəl bu qurumdan 75 yaşlı Əsmər Abbasovaya gələn məktubda qeyd olunub ki, Mənzil Məcəlləsinin 28.1 maddəsinə (Qəza vəziyyətində olan mənzillərin yenidən qurulması və ya yenidən planlaşdırılması) görə, mənzil təbii fəlakət, yaxud başqa bir səbəbdən qəzalı vəziyyətə düşərsə, vətəndaş özü təmir-bərpa etməli, ya da yenidən tikməlidir. Qurum vətəndaşa göndərdiyi həmin cavab məktubunda həmçinin mənzilin icbari sığortalanması məsələsini də qeyd edib. Sonda isə yazıb ki, evin təmirinə icra hakimiyyətinin maddi köməklik göstərməsi qurumun səlahiyyətləri və imkanları xaricindədir.

Əsmər Abbasovanı düşündürən odur ki, əgər təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş mənzili vətəndaş özü təmir-bərpa etməlidirsə, o zaman təbii fəlakətlər baş verəndə dövlət büdcəsindən niyə milyonlarla pul vəsaiti ayrılır...

Xatırlatma...

5 fevral 2019-cu il tarixdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ baş verib. 2 gün sonra Prezident İlham Əliyev bu rayonlarda zəlzələdən zərər çəkmiş evlərin təmir-bərpası, yenidən qurulması üçün ilkin olaraq dövlət büdcəsindən 2 milyon manat ayrılması barədə Sərənam imzalayıb. Təmir-bərpa və evlərin yenidən qurulmasına görə daha sonra da büdcədən pul vəsaitləri ayrılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ui4rym

Most Viewed