Putin: Navalnı ABŞ-ın xüsusi xidmət orqanlarından dəstək alır

“O, kimə lazımdır? Əgər istəsəydilər, işi başa çatdırardılar”, – o, Aleksey Navalnının zəhərlənməsi barədə belə deyib.

Source: ТАСС


"Bizim xüsusi xidmət orqanlarımız bunu yaxşı bilir"

“Aleksandr Navalnı ABŞ-ın xüsusi xidmət orqanlarından dəstək alır. Amma bu, heç də onu zəhərləmək lazım olduğu anlamına gəlmir”.

Bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında səsləndirib.

V.Putinin dediyinə görə, əgər onlar bunu etmək istəsəydilər, işi başa çatdırardılar: “O ki qaldı Berlin klinikasındakı bu xəstəyə qoyulan diaqnoza, onun nə olduğunu yaxşı bilirik. Bu hər hansı bir istintaq deyil, Amerika xüsusi xidmətlərinin materiallarının leqallaşdırılmasıdır. Bizim xüsusi xidmət orqanlarımız bunu yaxşı bilir və lazım bildikləri yerdə telefondan istifadə edir”.

“O, kimə lazımdır? Əgər istəsəydilər, işi başa çatdırardılar”, – o, Aleksey Navalnının zəhərlənməsi barədə belə deyib.

Rusiya dövlət başçısı Ukrayna ilə əlaqələrdən danışarkən bəyan edib ki, Rusiya Donbasa dəstəyini artıracaq: “Biz, Rusiya necə ki Donbası dəstəkləyirdik, eləcə də dəstəkləməyə davam edəcəyik. Biz hətta Donbasa olan dəstəyimizi artıracağıq. Bu həm istehsalatın, həm sosial məsələlərin həllinin, həm də infrstruktur xarakterli məsələlərin və s. dəstəklənməsidir”.

“O ki qaldı Rusiya ilə Ukraytna arasındakı münasibətlərin inkişaf perspektivinə, bu, əhəmiyyətli dərəcədə Ukrayna hakimiyyətindən asılıdır”, – Putin söyləyib.

O, bununla yanaşı qeyd edib: “Ukrayadan demirəm, Ukrayna hakimiyyətindən danışıram”.

“Ukraynanın, demək olar ki, bütün əvvəlki rəhbərləri Donbasda münaqişənin bitməsi şüarı ilə, ölkənin birləşdirilməsi şüarı ilə, son nəticə olaraq Rusiya ilə münasibətlərin düzəlməsi şüarı ilə gəlib. Lakin heç nə alınmır, çünki onlar hakimiyyətə gələndə səsvermədə iştirak edən seçicilərin çoxuna arxalanırlar, lakin hakimiyyətə gələn kimi artıq azacıq tərəddüd etməyə və daima ətrafa boylanmağa başlayırlar, zənnimcə, onların siyasi cəsarəti çatmır, ifrat milli qüvvələrə sarı boylanırlar və sonda proses dayanır”, – Putin qeyd edib.

Minsk razılaşmasına yenidən baxmaq mümkün olmayacaq, onlar beynəlxalq qanuni gücünə malikdir”, – o əlavə edib.

Ana səhifəDünyaPutin: Navalnı ABŞ-ın xüsusi xidmət orqanlarından dəstək alır