SORĞU: Seksual zorakılıq nədir?

Hər il noyabrın 25-dən dekabrın 10-dək bütün dünyada Beynəlxalq “Gender zorakılığına qarşı 16 günlük fəallıq” kampaniyası keçirilir. Aksiya noyabrın 25-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü tarixindən başlayaraq 10 dekabr – İnsan Hüquqları Günü tarixinədək davam edir.

BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü (International Day for the Elimination of Violence) elan edib.

Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.

Gender zəminində zorakılıqla mübarizə ilə bağlı beynəlxalq kampaniya çərçivəsində keçən tədbirlər hər il müəyyən mövzuya həsr olunur.

2017-ci ildə baş tutan kampaniyanın mövzusu belədir: ““Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son”.


Azərbaycanda gender zorakılığı nə deməkdir?

Hələ 2010-cu ilin iyun ayında Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün Qanun qəbul olunub.

Qanun qəbul olunduqdan bir müddət sonra Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova mətbuata verdiyi açıqlamada bildirib ki, bu qanun qadınlara qarşı zorakılıq məsələsində bir çox problemin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

Amma elə həmin ildə ölkədə ailədaxili zorakılıq nəticəsində 173 qadın zərər çəkib. Qadınlardan 109-u dünyasını dəyişib. Sonrakı illərin statistikası da qadınlara qarşı zorakılıq qurbanlarının sayının

artdığını göstərir

.

Aksiyanın keçirildiyi günlərdə Meydan TV Bakı sakinlərinə aşağıdakı sualla müraciət etdi – “qadınlara qarşı cinsi zorakılıq dedikdə nə başa düşürsüz” .

Ana səhifəVideoSORĞU: Seksual zorakılıq nədir?