Source: Meydan.TV

Son illərin ən yüksək maaş artımı: devalvasiya, seçki hazırlığı, yoxsa...

Son illərin ən yüksək maaş artımı: devalvasiya, seçki hazırlığı, yoxsa...

Son illərin ən böyük maaş artımı baş verib. Həm də bir ildə ikinci dəfə. “İldə bir dəfə maaş artırıla bilər. Ötən il heç nə etməmişdilər. Bu il də ola bilər onu kompensasiya ediblər,”-iqtisadçı Toğrul Maşallı deyir. Dövlət başçısı İlham Əliyevin iyunun 18-də imzaladığı fərmanla Azərbaycanda minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb. Digər sərəncamlar ilə müəllimlərin təqribən 20, polislərin, hərbi qulluqçuların və dövlətin başqa bir çox qurumlarında çalışan insanların da əməkhaqqları 40 faiz artırılıb. “Bu sərəncamlara baxdıqda görürük ki, əsasən, dövlət müəssisələrində çalışan texniki işçilərin maaşları qaldırılıb. Onların maaşları uzun müddətdir ki, artmırdı.

Bundan başqa, ən çox artım Mərkəzi Seçki Komissiyasının işçilərinin maaşında baş verib – 50 faiz. Ən az artım isə müəllimlərdə olub”- iqtisadçı Toğrul Maşallı danışır. Əmək haqlarının artırılması sosial şəbəkə istifadəçilər arasında müzakirələrə səbəb olub. Səsləndirilən fikirlər arasında növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi, növbəti devalvasiya dalğasının yaranacağı, qiymətlərin kəskin artacağı yer alıb. “İlham Əliyevin dünənki fərmanından əvvəl Ermənistanın minimal əmək haqqı Azərbaycandan çox idi.

Bir gün ərzində, bir fərmanla bu vəziyyət dəyişdirildi. Bu, normal deyil, süni dəyişiklikdir. İnsanların güzəranına müvəqqəti olaraq müsbət təsir göstərsə də, bunun fəsadları da olacaq. İnflyasiya, devalvasiya baş verəcək”-ReAl Partiyasının Məclis başqanı Azər Qasımlı deyir. İqtisadçı Toğrul Maşallı isə hesab edir ki, əmək haqqının 40 faiz artırılması əhalinin qiymət artımını daha az hiss etməsinə səbəb olacaq. Minimum əmək haqqının 250 manata qədər artırılması azgəlirli əhali üçün nə deməkdir? Artan 70 manat hansı ehtiyaclarına çatar, hansına yox? -“Qaz baha, işıq baha, qiymətlər od tutub yanır. Bu, nəyi dəyişəcək ki?! Heç nəyi”; -“70 manat da puldur da. Buna da şükür. Artmasa idi, nə edəcəkdik?” Sərəncama əsasən, maaş artımı sentyabrın 1-dən baş tutacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0c8jsy

Most Viewed