UEFA

Source: https://www.bing.com/

Caption: UEFA

SOCAR artıq UEFA-nın sponsorlarından olmayacaq

Article was updated on :  14 May 2021

Sponsorluğun sonlandırılmasını neft şirkətinin müharibə təbliğatı ilə əlaqələndirirlər

Avropa Futbol Birliyi UEFA, sponsorlarından biri olan SOCAR ilə (Azərbaycan Dövlət Neft Şirkəti) vidalaşıb.

Almaniya nəşri olan “deutschlandfunk.de” yazır ki, UEFA siyasi mübahisəli bu şirkətlə ortaqlığını səssizcə, ictimaiyyətə məlumat vermədən başa çatdırıb.

Artıq şirkətin loqosu birliyin veb saytında yoxdur. Ortaqlığın ləğvi səbəbi ilə bağlı “Deutschlandfunk” saytının sualına UEFA-dan qısa cavab verilib:

“UEFA SOCAR-ın UEFA milli komanda yarışları üçün tərəfdaşlığını davam etdirməyəcəyini təsdiqləyir. UEFA tezliklə milli komanda yarışları üçün yeni bir tərəfdaşını elan edəcək. Bu nöqtədə sizinlə bölüşə biləcəyimiz başqa detallarımız yoxdur".

Sayt FIFA xaricindəki bütün birliklər üçün futbol çətiri təşkilatı olan CONIFA-nın baş katibi işləmiş fəal Sascha Düerkopa əsasən yazır ki, SOCAR ötən ilin payızında Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə zamanı beynəlxalq təbliğatda iştirak edib.

“SOCAR müharibə dövründə özünü çox açıq şəkildə təbliğat yolu ilə fərqləndirdi. Sosial media kanallarında mütəmadi olaraq bombardman videolarını, hər cür müharibə təbliğatını paylaşdılar. Onlar tez-tez SOCAR işçilərinin müharibədə qəhrəman olduğunu yazır və “azad edilmiş” kəndlər haqqında şəkillər yerləşdirirdilər", - fəal deyib.

“UEFA-nın bu həssas məsələyə münasibətini soruşduqda, “siyasətlə əlaqəli deyil” cavabını veriblər. "Və biz də görürük ki, UEFA heç bir həssaslıq göstərmir, həqiqətən bu nöqtədə sıfır həssaslığa malikdir", - deyə AB Yaşıllar Parlamentinin üzvü Viola von Kramon “Deutschlandfunk”-a bildirib.

Sayt isə yazır ki, UEFA Azərbaycanın ən yaxşı klubu olan “Qarabağ”ın mətbuat katibi ilə bağlı lazımi addımları atıb: “Mətbuat katibi "Facebook”da erməni kişiləri, qadınları və uşaqları öldürməyə çağırdı və Kontinental Birlik tərəfindən ömürlük futbol sahəsindən uzaqlaşdırıldı”.

Məlumatda deyilir ki, SOCAR-ın sponsorluğu başa çatsa da, Bakıda Avropa futbol çempionatı keçiriləcək. Dövlətə məxsus şirkət olan SOCAR-ın 2016-cı ildə Avropa futbol çempionatı üçün 90 milyon avro ödədiyi bildirilir.

Bakı, 2015-ci il

Bakı, 2015-ci il

Source: picture-alliance / dpa / Bernd Thissen)

Fəal Düerkop hesab edir ki, SOCAR bu yolla həm də pul yumaqla məşğuldur. Onun sözlərinə görə, bu cür idmanyuma "sportwashing” Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də var. “Şərqi Avropada, məsələn, Rusiyada hər yerdə SOCAR yanacaq doldurma məntəqələri var. Diktatorun şəxsi nüfuzu Qərbi Avropa üçün sınaq bazarı hesab olunur. SOCAR İsveçrədə bütün Esso yanacaqdoldurma məntəqələrini və Migros pərakəndə satış qrupunu ələ keçirib. İndiyə qədər Almaniyada Azərbaycan üçün intensiv lobbiçilik edən bir nümayəndəlik var. Bəzi alman siyasətçiləri hazırda Azərbaycanla əlaqəli korrupsiyaya görə istintaqa cəlb olunur”, - deyə yazıda qeyd olunur:

“Avropada SOCAR-ın Maltadakı nümayəndəliyi Maltada bir jurnalistin bomba yüklənərək öldürülməsində iştirak etdiyi iddia edildi. Malta rəisi əsas şübhəli olduğu üçün hələ də həbsdədir”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya deyib ki, 2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib. Əhmədov bildirib ki, SOCAR-ın yeni davamlı inkişaf strategiyası McKinsey şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilə qədər dövrü əhatə edir. Strategiya SOCAR-ın Müşahidə Şurasına artıq nəzarət və təsdiq üçün təqdim olunub:

“Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb. Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi. Beləliklə, SOCAR, xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.

Rəis müavini qeyd edib ki, SOCAR Avropanın futbol ailəsi ilə keçmiş əməkdaşlığından məmnun olduğunu bildirir və Avropanın bütün futbol federasiyalarına, UEFA-ya aid olan bütün futbol komandalarına və CAA11 heyətinə səmərəli əməkdaşlıq üçün təşəkkür edir:

“SOCAR eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edir və bu minvalla Avropanın futbol ailəsi ilə əməkdaşlığını davam etdirəcək”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  14 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/6cbaa2

Most Viewed