Siyavuş Novruzov: Əli Kərimlinin evinin qarşısındakı aksiyalara YAP-ın aidiyyatı yoxdur

''Təhqir hakimiyyətdən başlamayıb''

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun "Yeni Müsavat" qəzetində müraciəti yayılıb. Müraciətin doğurduğu sualları nəzərə alaraq YAP-çı deputatla əlaqə saxladıq. 

 - Siyavuş müəllim, sizin məlum müraciətiniz bir sıra media orqanlarda və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bunlardan xəbərdarsınızmı?

- (gülür) Oxuyuram.

- Müraciətinizə müxalifətçilərin reaksiyası belədir ki, təhqir və şantajları hakimiyyət başlayıb. Onlar Əhəd Abıyevin Milli Məclisdəki çıxışlarını və Hafiz Hacıyevin açıqlamalarını xatırladırlar.

- Hər bir deputat istənilən çıxışı edə bilər. Bunun hakimiyyətə nə aidiyyatı var?!

- Deputat hazırda icra başçısıdır və bunu əsas gətirib onun tapşırığı hakimiyyətdən aldığını iddia edirlər. Bunu əsaslı saymırsınızmı?

- Nə olur, atırlar hakimiyyətin üstünə. Kim kiminlə yola getmirsə, deyir "hakimiyyət edir". Nəyə əsasən?!

- Siz özünüz, ümumiyyətlə, Əhəd Abıyevin dediklərini necə qiymətləndirirsiniz?

- Hər bir şəxs dediyinə cavabdehdir.

- Bəs YAP-çıların AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısındakı aksiya və orda səsləndirilən təhqiramiz şüarları necə şərh edərdiniz?

- Kimsə aksiya edibsə, onun YAP-a nə aidiyyatı var?

- O zaman Vidadi İsgəndərlinin atasının məzarınıın təhqir olunmasını necə izah edərdiniz?

- Əvvəla, onu sübut etsinlər ki, kimsə bunu edib. Ümumiyyətlə, mən elə şeyin əleyhinəyəm. Mən dini baxımdan əsaslandırmışdım ki, belə şeyin əleyhinəyəm.

- Hakimiyyətin tənqidçiləri bildirirlər ki, təhqirlər hakimiyyətdən başlanıb...

- Xeyr, elə deyil, təhqir hakimiyyətdən başlamayıb.

- Məsələn, İlham Əliyev müxalifətçiləri ünsür, həyasız, naftalin iyi verən adlandırıb

- Özünüzdən elə şeylər düzəltməyin.

- Sizin müraciətin ardınca, müxalifətlə bir masa arxasında təhqirlərə son qoymaqla bağlı müzakirələr aparmaq mümkündürmü?

- İstənilən vaxt istənilən şəxslərlə oturmağa hazırıq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/4kk33c

Most Viewed