ATƏT-in Minsk Qrupu

Source: https://az.usembassy.gov/

Caption: ATƏT-in Minsk Qrupu

Siyasi şərhçi: Minsk Qrupu daha çox Fransa, Rusiya və ABŞ-a lazımdır

"Paşinyan statusla bağlı açıqlama verməyibsə, deməli, status məsələsi həll olunub"

“ATƏT-nin Minsk Qrupunun fəaliyyətdə olması daha çox Rusiya, Fransa və ABŞ-a lazımdır, nəinki Azərbaycan və Ermənistana”.

Bunu Fransa və Rusiya prezidentlərinin telefon danışıqlarını Meydan TV-yə şərh edən siyasi şərhçi Əhməd Əlili səsləndirib.

O deyib ki, ATƏT-nin Minsk Qrupu heç zaman masadan kənarlaşdırılmayıb: “BMT Təhlükəsizlik Şurası mandatı ATƏT-nin Minsk Qrupuna verib. Ona görə də bir çox hallarda münaqişənin həlli ilə bağlı növbəti məsələlərin həllində qrupun fəaliyyəti lazım olacaq. Amma Azərbaycan dövlət başçısı Minsk Qrupu haqda danışarkən onu vurğulayıb ki, xırda hissə istisna olmaqla, ətraf ərazilər qaytarılıb. Əgər danışıqlar masasında 10 noyabr sənədinə imza atan Nikol Paşinyan statusla bağlı açıqlama verməyibsə, deməli, status məsələsi həll olunub. Yəni status olmadan irəliləyiş baş tutub və bu məsələ Azərbaycanın tam ixtiyarındadır”.

Əhməd Əlili qeyd edib ki, Azərbaycan ATƏT-nin Minsk Qrupunun qaytarılmasını bir qədər sərhədlərin demilitasiyası kontekstində olmasını istəyir: “Status və digər məsələlərin müzakirəsində ATƏT-nin Minsk qrupunun rol oynamasında ehtiyac yoxdur. Azərbaycan çalışır ki, Minsk Qrupunun adı dəyişdirilsin, həmsədrlər institutu ləğv olunsun, artıq ATƏT-nin bütün üzvləri aktiv rolla üzə çıxsın, bura Türkiyə, Almaniya və digər dövlətlər daxildir. Amma ATƏT-nin Minsk qrupunun gündəmdə olması daha çox Rusiya, ABŞ və Fransaya lazımdır. Çünki bu 3 dövlətin danışa biləcəyi nöqtələr hədsiz azdır. Başqa münaqişələrdən fərqli olaraq ATƏT-nin Minsk Qrupu Qarabağ məsələsi ilə bağlı vahid mövqedən çıxış edə biliblər. Ona görə də Qərblə Rusiya arasında bir çaxnaşmanın meydana çıxdığı halda əməkdaşlığın davam etdirilməsi yönündə yeni platformalar axtarılır. Hətta bir sıra ekspertlər deyirlər ki, Putinin Ukrayna ətraındakı vəziyyəti gərginləşdirməkdə məqsədi ABŞ və Rusiya prezidentlərinin danışması üçün müəyyən şərait yaradılsın”.

Əhməd Əlili

Əhməd Əlili

Source: Əhməd Əlilinin şəxsi arxivindən

Fransa və Rusiya prezidentləri amyın 3-də telefon danışıqlarında Qarabağ məsələsinin davamlı həllinə istiqamətlənmiş konkret təşəbbüslərlə çıxış edəcəkləri razılığına gəliblər.

Bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə bildirib.

Diplomatın sözlərinə görə, fransız lider hərbi əsirlərin qaytarılması və Qarabağ əhalisinə humanitar yardımın göstərilməsi üçün konkret irəliləyişin əldə edilməsini mütləq hesab edir.

“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, - o deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/b0j5o7

Most Viewed