Yeganə Əmiraslanova

Source: Yeganə Əmiraslanovanın şəxsi arxivindən

Caption: Yeganə Əmiraslanova

Siyasi mühacir Bakıda hava limanında saxlanılıb (yenilənib)

Article was updated on :  30 July 2021

23.50. Bir neçə il əvvəl siyasi mühacir kimi Almaniyaya getmiş, hazırda isə bu ölkənin vətəndaşı olan Yeganə Əmiraslanova iyulun 30-da Bakı Şəhər Prokurorluğunda bir neçə saat dindirilib. Bu barədə Meydan TV-yə onun ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, Yeganə Əmiraslanova Bakıya səhhətində ciddi problem olan qardaşına baş çəkmək üçün gəlmişdi. Onu Bakıda hava limanında saxlayıb, prokurorluğa aparıblar: “Ümumilikdə 10 saata yaxın saxlayıblar. Axşam saat 21 radələrində buraxıblar”.

***

Yeganə Əmiraslanovanın hara aparıldığı bilinmir

Siyasi mühacir kimi illər öncə Almaniyaya gedərək, orada oturum almış Yeganə Əmiraslanovanın iyulun 30-da Bakıda hava limanında saxlandığı bildirilir. “Müdafiə Xətti” insan haqları təşkilatından Meydan TV-yə verilən məlumata görə, Almaniyadan Bakıya gələn Yeganə Əmiraslanova hava limanında saxlanılaraq, naməlum istiqamətə aparılıb.

“Bundan əvvəlki təcrübələrə əsaslanıb güman etmək olar ki, Yeganə xanımı hüquq-mühafizə orqanlarından hansısa birinə - prokurorluğa, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, hətta istisna olunmur ki, Dövlət Təhlükəsizliyi Xidmətinə də apara bilərlər. Çünki xarici ölkələrdən deportasiya olunanları, yaxud illər sonra ölkəyə gələn mühacirləri aparıb dindirirlər, təzyiq göstərirlər. Yeganə Əmiraslanova ilə bağlı detallar məlum deyil. Bizdə olan məlumata görə, o, artıq Almaniyada vətəndaşlıq almışdı. Belə olan halda, səfirlik də məsələyə qarışacaq”, - təşkilatdan bildirilib.

Meydan TV hüquq-mühafizə orqanlarından məlumat əldə edə bilməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  30 July 2021
Featured in:  
Shortlink:   http://mtv.re/3ozx9k

Most Viewed