Ukrayna hərbçiləri

Source: AnnaNews

Caption: Ukrayna hərbçiləri

Səkkiz ukraynalı hərbçinin girov götürüldüyü deyilir

Ukraynanın hakimiyyət orqanları Donetskin şərq bölgəsində 8 nəfər hərbçilərinin girov götürüldüyünü açıqlayıb. Hökumət hərbçiləri Rusiyanın dəstəklədiyi döyüşçülərin tutduğunu iddia edir. Məlumatı Azadlıq Radiosu yayıb.

Ukraynanın ölkənin şərqindəki Ortaq Qüvvələr Əməliyyatları (OOS) açıqlayıb ki, əsgərlər mayın 22-də əsir alınıb:

“İlkin məlumatlara görə, bu gün səhər saatlarında Ukraynanın OOS-dən olan səkkiz hərbi qulluqçusu Novotroyitske şəhərinin yaxınlığında yük maşını ilə yanlış dönüş edib. Onlar işğal edilmiş ərazilərə daxil olublar və Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən ələ keçiblər", - OOS bəyanatında deyilir.

Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə nəzarət edənləri Rusiyanın dəstəklədiyi separatçı qüvvələr adlandırır. Onlara "Rusiya Federasiyasının silahlı qüvvələrinin döyüşçüləri" - kimi istinad edir.

Məlumatda həmçinin deyilir ki, bu ərazilərdə müharibə zamanı rus əsgərləri də iştirak edib. Bu iddianı Moskva rədd etsə də, Kiyev və NATO söylənənləri sübuta ehtiyacı olmayan dəlil hesab edir.

Ukrayna Müdafiə Nazirliyi günün əvvəlində qeyd edib ki, son 24 saatda Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəs düz beş dəfə pozulub. Nəticədə üç əsgər yaralanıb.

Separatçılar isə bildirirlər ki, mayın 21-dən bu yana atəşkəs iki dəfə pozulub. Onlar bunda hökumət güclərini ittiham edirlər.

2014-cü ilin aprelindən etibarən şərqi Ukraynada 13 min nəfər həlak olub. Tərəflər arasındakı atəşkəs Minsk razılaşmasının tərkib hissəsi olaraq elan edilib.

Martın 8-də yeni atəşkəs razılaşması əldə olunub. Həmin gündən tərəflər bir-birini təkrarlanan atəşkəs pozuntusunda günahlandırır.

Bölgədə Donbas kimi tanınan münaqişə mayın 20-də prezident olan Volodymyr Zelenskinin qarşısında duran ən böyük çətinlik sayılır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ggg11q

Most Viewed