Səbət toxuyan oğlan

Qismət Rəhimov 10 ildən artıqdır ki, Gəncədə səbət toxuyur. Elə bu sənəti də babasından öyrənib

Source:

Qismət Rəhimov 10 ildən artıqdır ki, Gəncədə səbət toxuyur. Elə bu sənəti də babasından öyrənib.

Qismət səbət toxuma işini qədim əl sənəti olduğunu desə də, təlabatın az olduğunu da deyir. “Əvvəllər səbətlərə daha çox tələbat var idi. Zaman keçdikcə, tələbat azalmağa başladı. Səbəb, torba və taxta yeşiklərin çoxalması oldu”. Qismət, bu günə qədər minlərlə səbət hazırlayıb. Səbətin qiymətləri 5-20 manat arası dəyişir: “Gəncəyə gələn adamlar da meyvə və tərəvəzi bu səbətlərə yığıb qonaq aparırlar. Hətta bəzi kənd yerlərində adət-ənənəni saxlamaq üçün cehiz kimi də istifadə olunur. Hal-hazırda səbət məişətdə istifadə olunur, meyvəni və tərəvəzi yaxşı saxlayır. Kartof, soğan üçün isə çox əlverişlidir. Səbətdə qalan kartof göyərmir. Ona görə bir çoxu bu səbətlərdən alıb isitfadə edirlər.

Bir günə təxminən 6-7 səbət hazırlaya bilirəm. Sifariş olduqda babamla birlikdə işləyirik. Əsas odur ki, gündəlik dolanmaq üçün pulumuzu çıxarda bilirik”.

Qismət yeni səbət hazırlamaq üçün qarğıları bir araya gətirir
Qismət yeni səbət hazırlamaq üçün qarğıları bir araya gətirir
Səbətin hazırlanmasında istifadə olunan alətlər
Səbətin hazırlanmasında istifadə olunan alətlər
Yeni səbət hazırlamaq üçün qarğının uc hissəsinə iki dənə taxta parçası qoyularaq dörd hissəyə bölünür
Yeni səbət hazırlamaq üçün qarğının uc hissəsinə iki dənə taxta parçası qoyularaq dörd hissəyə bölünür
Daha sonra qarğı, bıçaq vasitəsilə təmizlənir
Daha sonra qarğı, bıçaq vasitəsilə təmizlənir
Bir səbət hazırlamaq üçün təxminən 30-40 dəqiqə vaxt sərf olunur
Bir səbət hazırlamaq üçün təxminən 30-40 dəqiqə vaxt sərf olunur
Günün müəyyən hissəsini səbət tikməyə sərf edir
Günün müəyyən hissəsini səbət tikməyə sərf edir
Qismət müxtəlif ölçülü səbətlər hazırlaya bilir
Qismət müxtəlif ölçülü səbətlər hazırlaya bilir
Hazırladığı səbətləri Gəncə və ətraf rayonlardan olan müəyyən adamlar sifariş verir
Hazırladığı səbətləri Gəncə və ətraf rayonlardan olan müəyyən adamlar sifariş verir
Ana səhifəFotoreportajSəbət toxuyan oğlan